Cübbəli Əhmədin FETÖ bağlantısı – axtarışa verildi

Print Friendly, PDF & Email

Türkiyə ictimaiyyətində Cübbəli Əhməd kimi tanınan din xadimi Əhməd Mahmud Ünlünün vəkilinin FETÖ (Fətullahçı Terror Qruplaşması) üzvü olduğu aşkarlanıb.

AzToday.Az xəbər verir ki, İsparta vilayətinin sabiq valisi Memduh Oğuzun oğlu olan vəkil Fatih Oğuz barəsində axtarış elan edilib.

Fatih Oğuz 2011-ci ildə “Karagümrük” qruplaşmasının istintaqı çərçivəsində saxlanılan Cübbəli Əhmədin hüquqlarını müdafiə etmişdi.

Cübbəli Əhməd FETÖ tərəfindən sabotaja məruz qaldığı iddiası ilə verdiyi ifadədə Fatih Oğuzun telefonuna axtarışda olan Adil Öksüzün “ByLock” proqramı yüklədiyini və bu proqram vasitəsilə xəbərləşdiklərini deyib. Cübbəli bu məlumatı F. Oğuzun verdiyini bildirib.

...