İran dövlət televiziyası Bağdadinin ölüsünün fotolarını yaydı (FOTO)

Print Friendly, PDF & Email

Az əvvəl İranın Dövlət Radio və Televiziyası özünün internet saytında İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin ölüsünün fotolarını yayıb. Bununla da televiziya Bağdadinin ötən ay mayın 25-də Rusiya Hava-Kosmik Qüvvələrinin endirdiyi zərbələr nəticəsində məhv edildiyini təsdiqləyib.

Virtualaz.org TASS-a istinadən xəbər verir ki, İran televiziyası dünyanın ən qəddar, mənfur terror təşkilatının ölüsünün iki fotosunu və müqayisə üçün onun sağ ikən çəkilmiş fotosunu yayıb.

Bundan əvvəl bəzi informasiya mənbələri ayətullah Əli Xomneyinin “Əl-Qüds” xüsusi təyinatlı briqadasındakı nümayəndəsi Əli Şiraziyə istinadən əl-Bağdadinin öldürüldüyünü təsdiqləmişdi. Bağdadinin ölümü haqda məlumatı iyunun ortalarında Rusiya Müdafiə Nazirliyi yayıb. Məlumatda deyilirdi ki, mayın sonlarında Suriyada endirilən hava zərbələri nəticəsində İŞİD lideri də daxil olmaqla 300-ə qədər terrorçunun öldürüldüyünə dair ilkin məlumatlar var. Lakin Rusiya Bağdadinin məhv edildiyini əminliklə təsdiqləməkdən çəkinmişdi.

...