Bakı-Sumqayıt qatarı gənc qızı vurdu

Print Friendly, PDF & Email

Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən qatar sərnişini vurub.

AzToday.Az-ın məlumatına görə, Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova Axar.az-a açıqlamasında bildirib ki, hadisə az öncə Xırdalan-Biləcəri xəttində baş verib.

“20-21 yaşlarında olan xanım yolu keçmək istəyərkən qulağında qulaqcıq olduğu üçün qatarın dəfələrlə xəbərdarlıq siqnalını eşitməyib. Xəstəxanaya çatdırılan piyadanın vəziyyəti qənaətbəxşdir”, – Qədirova bildirib.

...