ŞOK İDDİA! Azərbaycanda həkimlər meyitlərin bu orqanını götürür

Print Friendly, PDF & Email

Azərbaycan oftamoloqları ilə bağlı şok iddia yayılıb.

AzToday.az xəbər verir ki, Modern.az-ın yazdığına görə, Azərbaycanda bir sıra məşhur oftalmoloqlar qanunla qadağan olunmasına baxmayaraq, morqlarla sövdələşməyə giriblər. Belə ki, onlar morqlara gətirilən ölülərdən gözün buynuz qişasının götürülməsinə nail olurlar. Hətta bu “donor”lar vasitəsilə bir neçə xəstəni də əməliyyat ediblər.
Sayt yazır ki, gözdəki bir çox xəstəliklər buynuz qişanın şəffaflığını pozur. Bu xəstəliklər anadangəlmə, genetik və mikrob mənşəli ola bilər. Əgər keratokonus son mərhələsindədirsə, xəstəyə artıq kontakt linzalar, intrastromal buynuz qişa halqaları kömək etmir, bela halda yeganə müalicə yolu buynuz qişanın köçürülməsi və ya transplantasiyasıdır.

Keratokonus kimi bəzi xəstəliklər buynuz qişanın formasını dəyişə bilər, belə hallarda buynuz qişanın transplantasiyası vacibdir.

Bu əməliyyat Azərbaycanda 2003-cü ildən 2011-ci ilə qədər həyata keçirilib. 2011-ci ildə qanunvericiliyə dəyişikliklər edildikdən sonra transplantasiya məqsədilə Azərbaycana gətirilən orqan və toxumalardan istifadə etməyə icazə verilməyib. Son illər bu sahədəki ən böyük problem buynuz qişanın əldə edilməsi üçün donor tapılması ilə bağlıdır.

...