Hadisə

Siyasi mühacirin atası polisə çağırılandan bir müddət sonra dünyasını dəyişdi.

İntiqam bəy, haqqınızda qısa da olsa məlumat verməyinizi xahiş edirik.

Diqqətinizə çatdırıram ki, mən “Avropa Demokratik Dəyərlərinin Təbliği Mərkəzi” İctimai Birliyinin sədriyəm.İctimai-siyasi baxışlarıma görə,yerli icra hakimiyyətinin təzyiq və təqibləri, həbs təhdidləri üzündən Azərbaycanı 1 iyun 2016-cı ildə tərk edərək Almaniyaya sığındım.Hal-hazırda yerli məhkəmələrdə təşkilatımızla bağlı şikayətimizə baxılır.unnamed (5)

İntiqam bəy,bizdə olan məlumata görə, Almaniyada Azərbaycan hakimiyyətinə qarşı təşkil olunan aksiyaların fəal üzvlərindən biri kimi siz də hakimiyyətin “Qara dəftəri”nə düşmüsünüz.

Mən Almaniya gəldikdən sonra da siyasi aksiyyalarda və demək olar ki, siyasi məhbuslara azadliq aksiyyalarının hər birində itştirak etmisem.Aksiyyaların harada keçirilməsindən asılı olmayaraq, çalışmışam ki, orada olum.Mənim fikrimcə, Əliyevin ölkədə qurduğu diktatura və korrupsiya hakimiyyətinin iç üzünü açmaq üçün biz – Avropada olan azərbaycanlılar daha güclü təşkilatlanmalıyıq.Ölkəmizdə baş verən qanunsuzluqları Avropa ictimaiyyətinə çatdırmalıyıq.Yeri gəlmişkən, onu da deyim ki, hakimiyyətin də ən çox qorxduğu və ehtiyyat etdiyi şey, Avropada olan azərbaycanlıların təşkilatlanmasıdır. Bildiyiniz kimi, məlum Berlin aksiyyasından sonra orada iştirak edən fəalların yaxınlarına Azərbaycanda çox böyük və iyrənc formada təzyiqlər oldu.Yaxınlarımız polis şöbələrinə aparılaraq orada fiziki və mənəvi təzyiqlərə məruz qalıblar.

İntiqam bəy, bu haqda bizdə də məlumat var ki, məhz sizin ailə üzvlərinizə çox böyük təzyiq olub və nəticədə, siz ən yaxın adamınızı itirmisiniz.

Belə ki, 18 yanvar 2017-ci ildə Berlin aksiyyasından sonra Azərbaycanın hüquq mühafizə orqanları, iştirakçıların yaxın qohumlarını polisə çağırıblar.

Mənim atam, Xudiyev Səmədağa Sabir oğlu, 23 yanvar 2017-ci ildə polis şöbəsinə aparılıb, mənim fəaliyyətimə görə danışdırılıb və ona təzyiq göstərilib.

Bundan narahatlıq keçirən atamın səhhətində ağırlaşma baş verib və 3 fevral 2017 tarixində dünyasını dəyişib.

 

Bənzər yazılar

Back to top button