Dünya

Üç yüz milyon dollarlıq perqament 64 dollara satıldı – Böyük qarət

Honq-Konqda Çin Kommunist Partiyası və Çinin qurucusu Mao Zeduna məxsus milyonlarla dollar dəyərində oğurluq perqament iki bölünmüş şəkildə tapılıb.

Qaynarinfo BBC-yə istinadla xəbər verir ki, Maonun əlyazma şəklində şeirlərindən ibarət kitabını oğrulardan alan şəxs hadisəni başa düşdükdən sonra polisə müraciət edib.

Alıcı Maonun keçən ay bir sənət kolleksionerinin evindən oğurlanan 2.8 metr uzunluğunda perqamentini Honq-Konq polisinə təhvil verib.

Polis bildirir ki, oğrular təxminən 300 milyon dollar dəyərində olduğu təxmin edilən perqamenti cəmi 64 dollara satıblar.

Oğruların kolleksiyaçının evindən Maonun antik markaları, mis sikkələri və digər xəttatlıq əsərləri daxil olmaqla ümumi dəyəri təxminən 645 milyon dollarlıq soyğun həyata keçirdiyi bildirilir.

Oğurluqda iştirak edən iki nəfərlə yanaşı, alıcı da oğurluq əşyalar aldığı üçün həbs edilib.

Bənzər yazılar

Back to top button