Hadisə

Bakıda 16 yaşlı qız özünü qala divarından atdı

Bakının mərkəzində 16 yaşlı qız intihara cəhd edib.

AzToday.Az-ın məlumatına görə, “Report” xəbər verir ki, hadisə Səbail rayonu, Kiçik Qala küçəsində qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü F.İ. intihar məqsədi ilə özünü qala divarından yerə atıb.

Yaralı çoxsaylı xəsarətlərlə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

Back to top button