Dünya

Bağdadi barədə danışanda ağlayan moizəçi İŞİD tərəfindən vəhşicəsinə edam edildi

İŞİD terror qruplalaşmasının baş moizəçilərindən biri terrorçular tərəfindən öldürülüb.

AzToday.Az “Alsumaria News”a istinadən xəbər verir ki, buna, Bağdadi barədə danışarkən moizəçinin ağlaması səbəb olub.

Məlumata görə, terror qruplaşmasının baş moizəçilərindən biri olan Əbu Kuteybə İŞİD-in öldürülən lideri Əbu Bəkr Bağdadinin adını söyləyərkən ağlamsındığı üçün saxlanılıb. Daha sonra Əbu Kuteybə ağlayaraq Bağdadinin ölümünü ictimailəşdirmək və üsyana təşviq ittihamları ilə edama məhkum edilib.

Baş moizəçi barədə verilən edam hökmü onun diri-diri yandırılması ilə həyata keçirilib.

Bənzər yazılar

Back to top button