Dünya

17 milyon dolları nağdlaşdırmış bank rəhbəri ölkədən qaçdı

Rusiyanın ən böyük bankı olan “Sberbank”ın Çeçenistan filialının rəhbəri Seyid-Məhəmməd Cəbrayılov pul vəsaitlərinin qeyri-qanuni nağdlaşdırılması əməliyyatlarında iştirakına görə axtarışa verilib.

Virtualaz.org Çeçenistan Respublikası DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, cinayət işinin materiallarına görə, Cəbrayılov 12 saxta firma yaradaraq, qeyri-qanuni bank əməliyyatları vasitəsilə təxminən 1 milyard rubl məbləğində vəsaiti (17 milyon dollar – virtualaz.org) nağdlaşdıraraq mənimsəyib.

Əldə olunmuş məlumatlara görə, Seyid-Məhəmməd Cəbrayılov hazırda Rusiyanın sərhədlərindən kənarda gizlənir.

Bənzər yazılar

Back to top button