Dünya

Əfqanıstanda partlayışlar oldu – Ölənlər və xəsarət alanlar var

Əfqanıstanın şərqindəki Nanqarhar əyalətində bomba partlayışı nəticəsində bir nəfər həlak olub.

Qaynarinfo xəbər verir ki, Nanqarhar əyaləti qubernatorunun administrasiyasının nümayəndəsi Ataullah Xoqiani bildirib ki, partlayıcı qurğu Cəlilabad şəhərində yolda qoyulub.

Partlayışa görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.

Kabildə də minalanmış avtomobil partladılıb. Hadisə nəticəsində bir nəfər həlak olub, daha iki nəfər yaralanıb.

Bənzər yazılar

Back to top button