Siyasət

Bakı və London arasında strateji tərəfdaşlıq güclənir – səfir Ceyms Şarp

Britaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub və həmişə onun suverenliyini və müstəqilliyini dəstəkləyib. Bu barədə Böyük Britaniyanın Bakıdakı səfiri Ceyms Şarp cümə günü iki ölkə arasında diplomatik münasibətlər qurulmasının 30 illiyinə həsr edilmiş təntənəli mərasimdə çıxış edərkən bildirib.

O, British Petroleum şirkətinin ikitərəfli əlaqələrin möhkəmlənməsində böyük rolunu qeyd edib. Energetika sahəsində əməkdaşlıq Azərbaycanın iqtisadi inkişaf və rifah əldə etməsinə, suverenliyini və müstəqilliyini möhkəmləndirməsinə, öz gələcəyini özünün müəyyən etməsinə imkan verib, deyə diplomat bildirib.

Eyni zamanda, o qeyd edib ki, neft və qaz Böyük Britaniya və Azərbaycanın “strateji tərəfdaşlığının” inkişafını təmin edən yeganə sahə deyil.

Bu gün Bakıda bir çox böyük və məşhur binalar və obyektlər, infrastruktur layihələri Britaniya şirkətləri tərəfindən həyata keçirilib.

Təhsil və mədəniyyət sahəsində böyük nailiyyətlər mövcuddur.

Bu gün artıq minlərlə azərbaycanlı Birləşmiş Krallıqda təhsil alıb və oxumağa davam edir, orada işləyir və ya orada qohumları var. İngilis dili Azərbaycanda çoxları üçün ikinci dilə çevrilib.

Britaniya şirkətləri həmçinin “yaşıl energetika”, azad edilmiş ərazilərin minalardan təmizlənməsi və yaşayış məntəqələrinin bərpası sahəsində Azərbaycanla əməkdaşlıq edir.

Birləşmiş Krallığın baş nazirinin diplomatik münasibətlərin 30 illiyi ilə əlaqədar Azərbaycan prezidentinə göndərdiyi müraciətdə iki ölkə arasında bütün sahələrdə strateji tərəfdaşlığın bundan sonra da güclənməyə davam edəcəyindən əminlik əksini tapıb, deyə diplomat qeyd edib. (Turan)

Bənzər yazılar

Back to top button