Cəmiyyət

Leyla Əliyeva Zəhradan yazdı (FOTO)

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ermənilər tərəfindən iki yaşlı Zəhranın ölümünü görə baş sağlığı verib.

AzToday.Az xəbər verir ki, Leyla Əliyeva instaqram səhifəsində Zəhranın şəklini paylaşaraq “Allah rəhmət eləsin” yazıb.

L.Əliyevanın paylaşımı qısa müddət ərzində minlərlə izləyici baş sağlığı verib.

Xatırladaq ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı hərbi hospitala çatdırılaraq əməliyyata götürülüb.

Bənzər yazılar

Back to top button