Gündəm

“Qarabağda hər şey müharibənin olacağını deyir”

Cəbhəyanı bölgədə yerləşən Alxanlı kəndində dinc insanların qətli Qarabağ münaqişəsinin həll edilməməsinin nəticəsidir. O vaxta qədər ki, bu münaqişə “nə hərb, nə sülh” mərhələsindədir, hər iki tərəfdən hərbçilər və dinc əhali arasında qurbanlardan yayınmaq çətin olacaq. Virtualaz.org xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Aleksandr Qolts deyib.

“Hələlik Qarabağ münaqişəsinin siyasi, güzəştlər yolu ilə həll ediləcəyinə dair heç bir əlamət görünmür. Ermənistanda da, Azərbaycanda da ictimai fikir barışmaz mövqedə qalmaqda davam edir və hər iki ölkənin hakimiyyəti öz xalqının iradəsinin əleyhinə getməyəcək. Güzəşt perspektivi hələ də görünmür”, – Qolts bildirib.

Ekspertin fikrincə, tərəflərdən birinin kifayət qədər hərbi üstünlüyə malik olacağı təqdirdə müharibə bərpa oluna bilər. Hələlik isə təırəflər gücləndirilmiş şəkildə silahlanır və münaqişənin dondurulmuş vəziyyətdən genişmiqyaslı mmüharibəyə çevrilmə ehtimalı günbəgün artır.

Bənzər yazılar

Back to top button