Muşviqin heykəlinin sökülməsinə İbrahim Mehdiyev razılıq verib?

Print Friendly, PDF & Email

Mikayıl Muşviqin heykəlinin sökülməsi cəmiyyət tərəfindən kəskin qarşılanıb və bu məsələ prezidentin də diqqətini cəlb edib

Məsələ ilə bağlı Prezidentin köməkçisi Əli Həsənov açıqlama verərək bildirib ki, prezident İlham Əliyev məsələnin hərtərəfli araşdırılması və günahkarların cəzalandırılması ilə bağlı aidiyyəti orqanlara tapşırıq verib.

Bunu da qeyd edək ki, abidəni “Azəravtoyol” ASC söküb. Bununla bağlı dünən ASC rəsmisi açıqlama verərək bildirdi ki, bu addım müvafiq orqanlarla razılaşdırılıb. Amma Mədəniyyət və Turizm Nazirliyi rəsmi şəkildə bəyan etdi ki, abidənin sökülməsindən xəbərsizdirlər.

Məsələ ilə bağlı PİA. AZ saytına daxil olan məlumata görə “Azəravtoyol” ASC rəsmiləri abidənin sökülməsi ilə bağlı şəxsən Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyevlə əlaqə saxlayıblar və bu söküntüyə məhz İbrahim Mehdiyev razılıq verib.

Daxil olan məlumatda bildirir ki, ümumiyyətlə İbrahm Mehdiyev rayonda görülən işlərlə bağlı heç kəslə razılığa gəlmir və onun razılığı olmadan bir daş belə yerindən tərpədilə bilinməz. Hətta dəfələrlə Yasamalın icra başçısının Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun xahişlərini belə qəbul etmədiyi bildirilir.

...