Hadisə

Tanınmış jurnalist vəfat etdi

Tanınmış jurnalist Səbuhi Məmmədli vəfat edib.

O, uzun sürən xəstəlikdən sonra bu gecə, 54 yaşında dünyasını dəyişib.

Səbuhi Məmmədli şəkərli diabet, ürək və böyrək çatışmazlığı, ağciyərin pnevmoniyasından əziyyət çəkirdi.

2022-ci ildə jurnalistdə aşağı ətrafların qan damarı mənşəli ağırlaşmış xroniki xəstəliyi aşkarlandı.

Aparılan müalicələrə tabe olmadığı üçün onun sol ayağı, 2023-cü ildə isə sağ ayağı amputasiya edilmişdi.

Allah rəhmət etsin!

Bənzər yazılar

Back to top button