Dünya

Putin ABŞ-dakı etirazlara reaksiya verdi

Rusiya Prezidenti Vladimir Putin ABŞ-dakı hadisələrlə bağlı fikirlərini açıqlayıb.

Qaynarinfo xatırladır ki, bu barədə “Rusiya 1″ə müsahibəsində danışıb. Müsahibədən parçanı Kremlin jurnalist camiəsindən Dmitri Smirnov “Telegram” kanalında yerləşdirib.

Rusiya dövlət başçısı xüsusilə, amerikalı həmkarı Donald Trampın hərəkətlərinə qiymət verib: “Prezident deyir ki, “belə etmək lazımdır, elə etmək lazımdır”, yerli qubernatorlar isə cavab verir: “Əşşi, sən get işinlə məşğul ol”.

Qeyd edək ki, ABŞ-ın bir sıra böyük şəhərlərdə afro-amerikalı Corc Floydun polis saxlanması zamanı həyatını itirməsi ilə əlaqədar etiraz aksiyaları keçirilir.

Bənzər yazılar

Back to top button