Cəmiyyət

Ağdam rayonunda “Qadın hüquqları və gender” mövzusunda tədbir keçirilib

Regional Qadın Təşəbbüsləri İctimai Birliyi 11 iyul 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Regionlarda Qadın hüquqları və Gender mövzusu ilə bağlı seminarların təşkli: milli və beynəlxalq qanunvericilik imkanlarından istifadə mexanizmləri ilə bağlı maarifləndirmə tədbirləri” adlı layihə çərçivəsində “Qadın hüquqlarının müdafiəsi. BMT-nin Qadınlara qarşı ayrı – seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya. Azərbaycanda qadın hüquqlarının müdafiəsi mexanizmləri” mövzusunda Ağdam rayonunda növbəti seminarını keçirmişdir. Qeyd edək ki, layihənin məqsədi regionda gender bərabərliyinin qadınlar arasında təbliği, ictimai həyatda qadınların aktivləşməsinə nail olmaq, Gender haqqında beynəlxalq konvensiyalar və milli qanunvericilik imkanlrından istifadə mexaniznlərini izah etmək və hüquqi sənədlər haqqında maarifləndirmə işinin təşkilindən ibarətdir.

Tədbir Ağdam rayonunun məcburi köçkünlər məskunlaşmış Bənövşələr qəsəbəsində keçirilmiş, burada 40-dan çox təhsil, icra nümayəndəliyi, bələdiyyə və mədəniyyət işçiləri iştirak etmişlər. Layihə rəhbəri Mehriban Əhmədova tədbiri açaraq layihə haqqında iştirakçılara geniş məlumat verərək, qadın hüquqlarının qorunmasının bütün dünyada prioroitet olmasından, eyni zamanda gender bərabərliyinin ictimai və sosial həyatda vacibliyindən, xüsusilə idarəetmə sektorunda tətbiqinin zəruriliyindən söz açmışdır. O, həmçinin qızlarımızın təhsildə ön plana çıxarılmasının vacibliyini tədbir iştirakçılarının bir daha nəzərinə çatdırmışdır.
Daha sonra təlimçi-ekspert Ruslan Əhmədov “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi” haqqında Konvensiyasını və gender haqqında Azəbaycan Respublikasının qanununu izah etdi və bu qanunların qəbul olunması tarixləri haqqında məlumat verdi. Həmçinin O, gender siyasətinin gücləndirilməsi üzrə ölkə Prezidentinin fərmanı, milli mexanizmlərin hazırlanması və həyata keçirilən tədbirlər planı haqqında söz açdı.

Layihənin hüquqşünası Rasim Zeynalov əvvəlcə qəbul edilmiş qanunların verdiyi imkanlardan, o cümlədən bu qanunların verdiyi imkanları əldə etmək üçün prosedurlar haqqında ətraflı məlumat verdi. O, gender haqqında beynəlxalq təcrübələrdən misallar çəkdi. Daha sonra R.Zeynalov iştirakçıların suallarını cavablandırdı və suallara uyğyn olaraq mövzunun hüquqi tərəflərinə aydınlıq gətirdi.
Tədbir zamanı çıxış edən İcra nümayəndəsinin müavini Sahib Hüseynov Gender haqqında maarifləndirici tədbirlərin döyüş bölgəsində keçirilməsinin vacib olduğunu və davamlı keçirilməsinin əhəmiyyətli olmasını bildirdi. O, həmçinin Azərbaycan dövlətinin apardığı Gender siyasətinin nəticəsi kimi Bənövşələr qəsəbəsində bələdiyyə sədrinin, məktəb direktorunun və bağça müdirinin qadın olduğunu vurğuladı. Digər iştirakçılardan Nazim Kazımov, Məhəmməd Təhməzov və Arzu Manafova mövzuya uyğun olaraq qeyd etdilər ki, Azərbaycanda ən vacib problem erkən yaşda nigaha daxil olan ailələrin boşanması amilidir. Onlar qeyd etdilər ki, erkən nigahların qarşısının alınmasında ən önəmli amil ictimai qınaq olmalıdır. Bildirdilər ki, bir neçə il bundan qabaq rayonlarımızın birindən qəsəbəyə 7-ci sinifdə oxuyan əlaçı bir qız uşağına elçi düşmüşdürlər və bir qrup qəsəbə sakinləri bu evliliyə müdaxilə nəticəsində erkən evliliyin qarşısı alındı. Hal-hazırda həmin qız Universitetdə təhsil alır. Həmçinin onlar vurğuladılar ki, Azərbaycanda Gender haqqında aparılan uğurlu siyasət və hazırlanmış mexanizmlər bu cür layihələr vasitəsilə insanlara çatdırılır və uğurla icra olunur.
Yekunda iştirakçılarla seminarın qiymətləndirilməsdi keçirildi. Layihənin növbəti tədbirləri Tərtər və Bərdə rayonlarında keçiriləcəkdir.

Regional Qadın Təşəbbüsləri İB-nin Mətbuat Xidməti

Bənzər yazılar

Back to top button