Bizim seçimİqtisadiyyatManşetSiyasət

Kəmaləddin Heydərov barədə ilginc məxfi məlumatlar: Nə qədər sərvəti var?

Bu gün Azərbaycanın ən varlı və qüdrətli şəxslərdən biri olan Kəmaləddin Heydərovun doğum günüdür.

AzToday.Az fövqəladə hallar nazirinin ad günündə onunla bağlı ilginc məlumatları təqdim edir.

Heydərov kimdir?

Kəmaləddin Fəttah oğlu Heydərov 15 iyul 1961-ci ildə Naxçıvan Muxtar respublikasının Babək rayonunun Çeşməbasar kəndində anadan olub. 1978-ci ildə Naxçıvan çəhər 1 saylı orta məktəbini, 1984-cü ildə Bakı Dövlət Universitetini və Azərbaycan Universitetində ikinci ali təhsil alıb. Əmək fəaliyyətinə 1978-ci ildə “Xəzərdənizneftqaz” kəşfiyyatı idarəsində başlayıb, texnik və geoloq vəzifələrində çalışıb. 1995-ci ilin yanvar ayında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, 2005-ci ilin dekabr ayında Azərbaycan Respublikası Fövqalədə Hallar naziri vəzifəsinə təyin edilib. Ailəlidir. 2 övladı var. Atası Fəttah Heydərov uzun müddət Naxçıvan MR-in Mədəniyyət naziri vəzifəsində çalışıb. Hazırda Milli Məclisin üzvüdür.

Bəstəkarlığı 

Fövqəladə hallar naziri, general-polkovnik, Azərbaycan Taekvondo və Boks federasiyalarının prezidenti, Dünya Taekvondo Federasiyasının vitse-prezidenti olan Kəmaləddin Heydərov hazırda Azərbaycanda ən məşhur “bəstəkar” hesab olunur. Mahnılarını “Kamal” imzası ilə bəstələyir. Bir neçə hit mahnının müəllifidir. Özbək müğənnisi Nəsibə Abdullayevanın ifa etdiyi “Nigaranam” mahnısı bunlardan ən məşhurudur.

Rəsmi məlumatlarla yanaşı Kəmaləddin Heydərovla bağlı indiyə kimi təkzib olunmayan xeyli iddialar var. Belə ki, Heydərovun 90-cı illərin əvvəlində ilk biznes işinin siqaret biznesi olduğu, Özbəkistanda pambıq zavodları alması ilə bağlı kifayət qədər məlumatlar var. Basqa tərəfdən Rusiyada narkotik maddələrin satışı ilə məşğul olduğu üçün həbs edildiyi də iddia olunur.

ABŞ kəşfiyyatı Kəmaləddin Heydərovu belə tanıyır

Məşhur WikiLeaks saytının yaydığı məxfi sənədlərdən aydın olur ki, Kəmaləddin Heydərovun təkcə ofşor zonalarında 11 milyard dollarlıq sərməyəsi var. Heydərovun ərəb ölkələrində, Rusiyada, Baltikyanı və Balkan ölkələrində, habelə İngiltərədə böyük biznes şəbəkəsi fəaliyyət göstərir. Azərbaycanın da ən gəlirli biznes sahələri onun nəzarətindədir.

ABŞ diplomatı Donald Lunun Heydərov barədə açıqladığı məlumatları ixtisarla təqdim edirik:

  • Heydərov əvvəllər Dövlət Gömrük Komitəsinin sədri olub. İndi Azərbaycanın ən korrupsiyalaşmış qurumlarından biri olan bu komitəyə onun öz adamı rəhbərlik edir. Heydərovlar ailəsi, meyvə şirələrinin istehsalından tutmuş daşınmaz əmlak bazarına qədər böyük bir bisnes imperiyasına nəzarət edir.
  • Kəmaləddin Heydərov doqquz il Dövlət Gömrük Komitəsinin sədri olub, 2006-cı ildən isə yarımhərbi qurum olan Fövqəladə Hallar Nazirliyinə rəhbərlik edir. FHN qlobal federal xidmət kimi fəaliyyət göstərərək yanğından mühafizə, səhiyyə və əmək təhlükəsizliyi, iqtisadiyyatın çoxlu sahələrini tənzimləyən digər xidmətləri özünə daxil edir.
  • Heydərov 1961-ci ildə anadan olub. Azərbaycan Dövlət Univeristetinin geologiya və beynəlxalq hüquq fakultələrinin məzunudur. Bir sıra özəl və dövlət şirkətlərinə rəhbərlik edəndən sonra, nisbətən ahıl çağında – 35 yaşında Azərbaycan reallıqları fonunda belə öz yükəsk korrupsiya dərəcəsi ilə seçilən Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə təyin olunub. Heydərovun hakimiyyətə gətirilməsi qismən onun atası ilə keçmiş prezident Heydər Əliyev (hansı ki, əslən həmçinin Naxçıvandandır) arasındakı münasibətlərin sayəsində baş versə də, qismən Kəmaləddinin özünün güclü rəhbərlik keyfiyyətləri nəticəsində mümkün olub. O, hakim partiyanın işini gücləndirərək Heydər Əliyevin etimadını qazanmış, nəticədə sonucu vacib DGK sədri vəsifəsini ona etibar etmişdi.

VACİB NƏ VARSA, ONUN NAZİRİ

  • Dövlətin gömrük xidməti ona nəhəng sərvət əldə etməyə imkan yaratdı. Dəqiq hesablanan və yaxşı təşkil olunan himayədarlıq və “aşağıdan-yuxarı” yönələn rüşvətxorluq sistemi vasitəsilə qanunsuz pullar onun cibinə axmağa başladı. Çox güman ki, Heydərov hələ də DGK-dan gəlir mənbəyi kimi bəhrələnir, çünki komitəni onun öz adamı idarə edir. Əliyev 2006-cı ildə Heydərovu FHN təyin edəndə, DGK sədri vəzifəsinə onun müavini Aydın Əliyev keçdi. Sonuncunun prezident Əliyevlə heç bir əlaqəsi olmadığından, Heydərov onun yeganə himayədarıdır. Odur ki, bütün varlığı ilə Heydərova bağlı olan Aydın Əliyev öz vəzifəsində qalmaq üçün qüdrətli sələfinə səmimi qəlbdən xidmət edir (onun böyük məbləğdə hesablanan payını çatdırmağı unutmur). 2007-ci ilə Attaşe Heydərovla ilk dəfə görüşəndə, o, nazir vəzifəsində cəmi 1 il idi ki, işləyirdi. Lakin onun döşünü o qədər hərbi fərqlənmə nişanları bəzəyirdi ki, medallarının sayına görə Amerika Baş qərargahının rəhbəri ilə rəqabətə girə bilərdi. Görünür o, yeni formasının sinəsindən Gömrük xidmətindən qalma medallarını da asmışdı.
  •  FHN ardıcıl şəkildə özünü Azərbaycanın ən qüdrətli nazirliyi rolunda təsqdiq etməyə can atırdı. Belə bir şübhə var ki, FHN-nin gəlirləri Azərbaycanın istənilən digər nazirliyindən yüksəkdir. Bir sıra MDB ölkələrində olduğu kimi FHN-nin özünün hətta hərbiləşdirilmiş nizami hissələri də var.
  • 2008-ci ildə yüksək səviyyədə təşkil olunmuş Vaşinqton səfərində Heydərov demişdi ki, Bakı ətrafındakı artilleriya batareyası onun nazirliyinin tabeçiliyinə keçib və o, sovet vaxtlarında əsgəri xidmətini məhz həmin hərbi hissədə keçib. Hazırda FHN yanğndan mühafizə idarəsinə, dövlət buğda ehtiyyatları fonduna, yanğın təhlükəsizliyi müfəttişliyinə, digər fövqəlada hallar xidmətlərinə nəzarət edir, tikinti işlərinə lisenziya verir. Bu sonuncu funksiyanı (Azərbaycanda fəaliyyət göstərən əcnəbi hüquqi şəxlər üçün bəlkə də ən vacibi) tikinti müfəttişləri həyata keçirir və “təhlükəsiz saymadıqları” istənilən layihəyə müdaxilə etmək, tikintikini gecikdirmək və ya dayandırmaq səlahiyytələrinə malikdirlər.
  • Faktiki olaraq FHN nazirliyinin əməkdaşları əvvələr də amerikalı və digər əcnəbi iş adamlarına xəbərdarlıq ediblər ki, onların hərarət və təzyiq göstəricilərindən tutmuş, izotoplara qədər bütün məsələlərə nəzarət etmək səlahiyytələri var. Bu isə o deməkdir ki, günəş altında nə varsa ona nəzarət edə bilərlər.

ONUN OĞLANLARI, OĞLANLARININ OYUNCAQLARI

  • Kəmalədinin oğlanları – Nicat və Taleh Heydərovlar bu yaxınlarda hər birinin dəyəri 20 mlyon dollar olan 2 ədəd “Golfstream” təyyarəsi almaq xəyalına düşüblər. Bu ailənin artıq “Airbus A319” markalı şəxsi təyyarəsi var. Onun salonunu bu yaxınlarda İsveçrəninn Bazel şəhərində tərtib edib başa vurublar. İlkin məlumatlarda bildirlirdi ki, “Golfstream”lərin sahiblik hüququ “Shams al Sahra FZCO” (Dubayda Taleh və Nicatın adına qeydiyyatdadır) şirkəti ilə cənab Manouchehr Ahadpur Khangah arasında paylaşıb. Hər biri təyyarələrin 50 fazilik sahibliyinə malikdirlər. “Patriot Act” qanununun maddəsinə uyğun olaraq “Golfstream” şirkəti Heydərovlardan onalrın gəlirinin qanuni olduğunu təsdiq edən məlumat tələb edib.
  • Heydərovlar onların ailə Holdinqinə daxil olan şirkətlərin qısa siyahısını təqdim ediblər. Məlum olub ki, Azərbaycandakı ailələr arasında ən çox onların əlində şirkət var. Buraya ərzaq konservləri, tikinti materialları, beton, asfalt, kimyəvi məhlullar, kərpiç, qips, dəri, tekstil, süd və şirə, spirtli içkilər, piano, CD və DVD (lisenziyas məhsulların olmadığı yerli bazarda satılan bu CD və DVD-lər çox güman ki, pirat surətlərdən ibarətdir) məhsullarının istehsalını və ya satışını həyata keçirən, habelə bank, turizm, kənd təsərrüfatı, sığorta və tikinti sahələrində fəlaiyyət göstərən şirkətlər daxildir.
  • Bakıdakı məşhur İran beiznesmeni XXXXXXX səfirliklə unisyyət zamanı Khangahı Heydərovların ailə konqlomeratındakı şirkətlərin çoxunun Baş direktoru və ya formal rəhbəri olduğunu bildirdi. Eyni mənbənin dediyinə görə, bəzi firmaların rəhbəri rəsmən Khangah olsa da, Heydərovların bir sıra şəxsi biznesində onun rolu menecerdən yuxarı deyil. Bundan başqa mənbənin sözlərinə görə Heydərovların ailə biznesinin başqa sahəsini idarə edən naməlum bir Türkiyə vətəndaşı da var ki, onun funkasiyaları eynilə Khanqahın rolunun təkrarıdır.
  • Ailə biznesinin fəaliyyətinin böyük hissəsi “Gilan”, “Qəbələ”, “Jalə” “United Enterprises International (UEI)” şirkətlər qrupu çərçivəsində reallaşır.
  • “Gilan holdinq”in nişanələrini – Bakıda hər yerdə görmək olar. O, Bakının çox spekulyativ olan daşınmaz əmlak bazarında fəaliyyət göstərən bir neçə böyük tikinti şirktlərindən biridr və onlar arasında aparıcı yer tutur. .
  • Müşahidəçilər “Gilan”ı “Dubai World”, yaxud ‘Nakheel’ ilə müqayisə edirlər (ölçülərinə görə bunlardan daha kiçik olduğunu etiraf etsələr də).
  • Heydərovlar Azərbaycandakı meyvə soku bzinesini monopoliyaya alıblar. Onlar sok qiymətlərini yüksək səviyyədə saxlayır və Türkiyə, Rusiya və Ukraynadan ucuz sok gətirmək istəyənlərin işini Dövlət Gömrük Komitəsi vasitəsilə çətinləşdirirlər.
  • USAID Azərbaycanda nar məhsullarının istehsalı və daşınmasına dəstək verməyə çalışarkən tezliklə öyrənib ki, heç kəs Heydərovun icazəsi olmadan Azərbaycandan xaricə nar soku, yaxud konsentratı satmır.

Azərbaycan iqtisadiyyatında inhisar maraqları dominantdır.

Müşahidəçilər deyir ki, Heydərov bu “rəqabətsizlik dağının” zirvəsində yer alır. Şayiələrə görə, Heydərovların həm də Azərbaycanda “Pepsi” dolduran şirkətdə, “Red Bull”, “British American Tobacco”, “Japan Tobacco” və “Imperial Tobacco”nun yerli təmsilçiliyində maraqları var.

Heydərov Azərbaycana gələn Amerika nümayəndə heyətinə açıq şəkildə etiraf edib ki, Azərbaycanda kürü istehsalı kimi gəlirli sahəyə nəzarət edən Caspian Fish Company şirkətinin sahibi və idarəçisidir (əvvəl bu sahəyə rus mafiyası nəzarət edirdi).

Heydərovlar mədəniyyət sahəsində də fəaldırlar. Kəmaləddin Heydərov bəstəkardır və hətta keçmiş prezident Heydər Əliyev haqda mahnı yazib, mahnını Azərbaycan müğənnisi Ağadadaş Ağayev ifa edib.

Heydərovun həyat yoldaşı koreya mənşəlidir, odur ki, Koreyaya kifayəq qədər rəğbəti var. O, Azərbaycan taekvando federasiyasının prezidenti və bu yaxınlarda açılan bahalı koreya restoranı “Shilla”nın sahibidir. Koreyalı diplomalar da təsdiqləyirlər ki, Heydərov bir-neçə iri biznes sazişlərinə hamilik edib, lakin diplomatlar şikayət edirlər ki, bu Koreya firmaları himayədarlığın əvəzini Heydərova ödəmədikdə sazişlərin çoxu alt-üst oldu.

Heydərovun oğlu Tale Avropa Azərbaycan Cəmiyyətinin sədridir. O Londondakı qəragahından Avropa paytaxtlarındakı Amerika səfirliklərinə yürüşlər edir. Cəmiyyət müstəqil olmalıdır, ancaq bu cəmiyyətin məqsədləri Azərbaycan hökumətinin məqsədləri ilə üst-üstə düşür. Tale və onun müşayətçiləri bu yaxınlarda Dağlıq Qarabağda erməni işğalı və insan haqlarından, demokratiyadan məlumat verəndə Amerikanın ikili standartları məsələlərini qaldırıb. Tale Dağlıq Qarabağ ermənilərinə Konqresin yardım ayırmasından da şikayətlənib. Tale və Nijat Qəbələ futbol klubununa sahibdirlər. Bu, ola bilsin, rusiyalı Abramoviçin Çelsidə etdiyini kiçik miqyasda təkrarlamaq çəhdidir. Qəbələ klubu virtual BMT yığmasıdır. Burda Avropadan, Latın Amerikasından və Afrikadan olan oyunçular yığılıb. Bu, pula satın almaq mümkün olan ən yaxşı komandadır, ən azı Azərbaycanın mərkəzi üçün.

Hər iki oğul Londonda təhsil alıblar və burda yaşayırlar. Tale Londonun İqtisadiyyat Məktəbini bitirib. O burda Beynəlxalq Münasibətlər və Tarix üzrə bakalavr adını alıb.

O həm də Birkbeck kollecini bitirib. Burda Qlobal İdarəçilik və Təhlükəsizlik üzrə magistr dərəcəsi alıb. Nicat Londonun Universitet Kollecini bitirib. Siyasət və Şərqi Avropa Tədqiqatları üzrə bakalavr adını alıb. O Londonun İqtisadiyyat Məktəbində isə Menecment, Təşkilatçılıq, İdarəçilik üzrə magistr dərəcəsi alıb.

HÖKMDAR OLMAQ NƏ YAXŞIDIR

– Bu ailənin nüfuzu Qəbələ, Masallı və Lənkəran rayonlarında xüsusilə güclüdür. Belə məlumatlar dolaşır ki, Heydərov yenə də Gömrük Komitəsinə nəzarət edir. Onun Vergilər, Ekologiya və Təbii Sərvətlər, həmçinin hazırda keçmiş Vergilər Nazirliyi rəsmisinin rəhbərlik etdiyi İqtisadi İnkişaf Nazirliklərini də öz təsir dairəsində saxladığı haqqında söhbətlər var. Bundan başqa, əlbəttə, Heydərov Fövqəladə Hallar Nazirliyinin geniş yayılmış imkanlarından ciddi qazanc əldə edir. Müşahidəçilərə görə həmin Nazirlik rəsmi Bakıda ən populyar iş yeridir. Heydərov maaşları vaxtında və tam ödəməklə şöhrət qazanıb. İşçilər bu Nazirliyin maaşdan kənar üstünlüklərindən istifadə edə bilirlər. Məsələn, onların uşaqları Bakıda ən yaxşı maliyyələşdirilən, üstün hesab olunan orta məktəblərdə oxuyurlar. Bu kimi tədbirlər isə nazirə aşağılarda güclü tərəfdarlar formalaşdırır.

BU MÜHARİBƏDƏ KƏMALƏDDİNİN QABAĞINA ÇIXMA

ABŞ Səfirliyindən gələn məlumatlarda deyilir ki, Kəmalədin Heydərovla savaşanların axırı yaxşı qurtarmayıb: keçmiş iqtisadi inkişaf nazirləri Fərhad Əliyev və Heydər Babayev məhz Heydərovun qəzəbinə tuş gəldikləri üçün işdən çıxarılıblar. Hər ikisi islahatçı kimi tanınıblar, onların təklif etdikləri islahatlar isə Heydərovun Dövlət Gömrük Komitəsi və Fövqəladə Hallar Nazirliyindəki maraqlarının əleyhinə olub. Bundan başqa bəzi müxalifət qəzetləri onların adlarını potensial Baş Nazir kimi hallandırıb. Keçmiş nazirlərin islahatlarından və biznes maraqlarından təhlükə hiss eləyən Heydərov deyilənlərə görə “ayağını yerə dirəyib”. Fərhad Əliyev və Heydər Babayev hökumətdən uzaqlaşdırılıb, onların biznes maraqlarına da ciddi ziyan dəyib. 2009-cu ildə şayiələr gəzirdi ki, Heydərov Hava Qüvvələrinin baş komandanı, müdafiə nazirinin müavini general Rail Rzayevin qətlinin arxasında dura bilər. Şayiələrə görə, Heydərovun vertolyotu bir dəfə icazəsiz uçuş etdiyi üçün məcburən yerə endirilib…

Rüfət Manafov

Bənzər yazılar

Back to top button