Hadisə

Nərimanovda yarım ilin hesabatı verildi

“Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2017-ci ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələr”ə həsr olunmuş Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilib

İcra Hakimiyyətindən daxil olan məlumata  görə, tədbiri giriş sözü ilə açan Nərimanov icra başçısı Abdin Fərzəliyev rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin mühüm iqtisadi göstəriciləri barədə məlumat verərək qeyd edib ki, ilin birinci yarısının yekunlarına görə sözügedən sahənin dinamik inkişafının davam etdirildiyi və bu müddət ərzində xidmətlər də daxil olmaqla 1 milyard 421,6 milyon manatlıq məhsul istehsal olunaraq, ötən ilin müvafiq dövrünə nisbətən 3,2 faiz artım sürətinin əldə edildiyi, istehlakçılara 1 milyard 417,2 milyon manatlıq və ya bütün sənaye məhsulunun 104 faizi qədər sənaye məhsulunun göndərildiyi, eləcə də hesabat dövrü ərzində çox hissəsi istehsal və tikinti sahəsinin inkişafına sərf edilmiş 33,1 milyon manatlıq investisiyanın yatırıldığı qeyd olunub.
Rayonda həyata keçirilən pilot layihələr barədə danışılarkən, hesabat dövrü ərzində rayonda qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi, tikinti ilə bağlı mühüm layihələrə investorların cəlb edilməsi, ilk növbədə əhalinin məşğulluq səviyyəsinin qısa vaxt ərzində artırılması üçün tikinti sektorunun inkişaf etdirilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinin təkliflərinin nəzərə alınaraq, Nazirlər Kabinetinin rayon ərazisində abadlıq quruculuq işlərinin davam etdirilməsi,  qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yeni binaların tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı qərarından irəli gələn vəzifələrin mərhələli həlli istiqamətində işlərin davam etdirildiyi və beləliklə də rayon ərazisində yerləşən 10 ünvanda artıq tikinti işlərinə başlanıldığı, 22 ünvanda isə sənədləşdirmə işlərinin davam etdiridiyi nəzərə çatdırılıb.
Rayonda yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 3810 yeni iş yerinin yaradıldığı qeyd edilərək, yeni iş yerlərinin yaradılması ilə bağlı müəssisələr tərəfindən həyata keçirilən tədbirlərin Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq dəstəkləndiyi, bu sahədə onlara müvafiq köməklik göstərildiyi əlavə edilib.
Eyni zamanda, ötən rüb ərzində rayon rəhbərliyi tərəfindən 1152 nəfər vətəndaşın iştirak ilə keçirilmiş 13 səyyar görüş və qəbullar zamanı edilən 129 nəfərin müraciətinin dinlənilərək öz müsbət həllini tapdığı, həmçinin  “Qaynar xətt-1643” xidmətinə daxil olmuş 315 müraciətdə 187-nin tam həll olunaraq, digər müraciətlərlə bağlı vətəndaşlara müvafiq izahatların verildiyi qeyd edilib.
Hesabat iclasının yekununda A.Fərzəliyev rayondakı idarə və müəssisə rəhbərlərinə müvafiq tövsiyə və tapşırıqlarını verərək, rayonun sosial–iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi və s. istiqamətdə 2017-ci ilin birinci yarısında görülən işlərin gələcəkdə də uğurla davam etdiriləcəyini vurğulayıb.
 

Bənzər yazılar

Back to top button