İdman

“Hər kəs “Qarabağ”ın əla komanda olduğunu gördü” – “Braqa”nın kapitanı

Ötən gecə “Braqa” Avropa Liqasının pley-off mərhələsi çərçivəsində səfərdə “Qarabağ” ilə qarşılaşıb. Ümumi nəticəyə əsasən təmsilçimizə uduzan Portuqaliya klubunun kapitanı Abel Ruis matçın ardından maraqlı fikirlər səsləndirib.

Fanat.az xəbər verir ki, “A Bola” 24 yaşlı futbolçunun dediklərini belə çatdırıb:

“Qarabağ”la matçlarımızı izləyən hər kəs rəqibin əla komanda olduğunu, çox yaxşı oynadıqlarını və işimizi çox çətinləşdirdiklərini gördü. Cavab matçında üstün idik və mərhələni keçməyə layiq idik. Amma bu, futboldur. İndi bizim üçün çox vacib olan yerli çempionatdır. Qarşıda növbəti oyunumuz var, diqqətimizi o oyuna yönəltməliyik”.

Bənzər yazılar

Back to top button