Hadisə

Mağazası yanan sahibkar imdad diləyir

Qax şəhər sakini Əliyev Nüsrət Qurban oğluna məxsus qarışıq mallar mağazası 24 fevral 2016-cı il tarixində naməlum şəxslər tərəfindən yandırılıb.

Nüsrət Əliyev bildirir ki, yanğın zamanı mağazadakı mallar bütünlüklə yanıb, sahibinə külli miqdarda zərər dəyib. Mağaza sahibi faktla bağlı aidiyyəti qurumlara məlumat verib.

Amma bu günə qədər nə mağazanı yandıranlar tapılıb, nə də sahibkara dəymiş zərər ödənilib.

Nüsrət Əliyev qeyd edir ki, yanğın zamanı ona külli miqdarda zərər dəyib: ” Polisə və digər aidiyyəti qurumlara şikayətlər etmişəm”.

Bənzər yazılar

Back to top button