“AİLƏMİZİ AÇIQ ŞƏKİLDƏ TƏHDİD EDİR Kİ, ƏGƏR…” – İş adamı ilə bağlı Mehriban Əliyevaya ŞOK müraciət

Print Friendly, PDF & Email

Məlum olduğu kimi bu il iyun ayının 8-də səhər saatlarında Binəqədi rayonundakı “Safastore” mağazasının önündə “Riyad” Mühafizə Xidmətinin əməkdaşları ilə marketin işçiləri arasında baş verən qarşıdurma ilə bağlı cinayət işi açılıb. Cinayət Məcəlləsinin 221.2.1-ci və 221.2.2-ci maddələri ilə (xuliqanlıq) başlanan cinayət işi çərşəvəsində “Riyad” Mühafizə Xidmətinin bir qrup əməkdaşı və mağazanın yerləşdiyi obyektin sahibi Azadxan Xanməmmədov polis tərəfindən saxlanılıb. İş adamı Azadxan Xanməmmədov barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Ancaq iş adamı hadisədən dərhal sonra verdiyi açıqlamada baş vermiş qarşıdurmada hər hansı şəkildə iştirak etmədiyini bildirib. Həmin vaxt hadisə yerində olmadığını bəyan edib. Hətta hadisənin araşdırılması üçün Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə rəsmi surətdə müraciət edib.
Ailəsi və vəkili tərəfindən “AzPolitika.info”ya verilən açıqlamalarda da Azadxan Xanməmmədovun günahsız yerə həbs edildiyi bildirilib. İş adamının həyat yoldaşı Əsmər Fətullayeva saytımıza açıqlamasında deyib ki, onların təxminən 2000 kv.m sahəsi olan obyektləri 5 ildir ki, “Safa Holdinq”in sahibi, Bakıda çoxsaylı marşrutları, obyektləri olan Faiq Seyidov tərəfindən zəbt edilib, bu hadisə də əmlaklarını ələ keçirmək üçün qəsdən törədilib.Faiq Seyidovun arxasında güclü himayədarların olduğunu deyən Əsmər Fətullayeva, həyat yoldaşının mülkiyyətini ələ keçirmək istədiklərini bildirib. Məhz bu üzdən də iştirak etmədiyi bir hadisəyə görə həbs olunduğunu iddia edir. Bu haqda saytımızda yazı verildiyindən təkrarlamaq istəmirik.

Mövzuya yenidən qayıtmağımıza səbəb bu gün mətbuatda iş adamının xanımının- Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 152 ünvannda yaşayan Fətullayeva Əsmər Şahbaz qızınınn Azərbaycan Respublikasının birinci Vitse Prezidenti Mehriman xanım Əliyevaya müraciətinin yayımlanmasıdır. Moderator.az saytı vasitəsilə yayımlanmış müraciətdə bildirilir

mehriban_aliyeva_meeting_210417_5“Hörmətli Mehriban xanım!!!

Sizin humanistliyinizi, məsələyə düzgün və ədalətli qiymət verdiyinizi nəzərə alaraq, ailəmizin başına gətirilən faciə ilə əlaqədar son ümid yeri kimi öz və ailəmizin adından Sizə müraciət etmək məcburiyyətində qalmışam.

Bildirirəm ki, bir müddət bundan əvvəl həyat yoldaşım Xanməmmədov Azadxan Allahqulu oğlu Seyidov Faiq Sadiq oğlu (“Xaliq Faiq oğlu” MMC-nin rəhbəri) və onun himayədarları tərəfindən şərlənərək əsassız yerə həbs edilmişdir. Həyat yoldaşımın şərlənməsində əsas məqsəd xüsusi mülkiyyətimizdə olan 2100 kv.m. sahənin Faiq Seyidov tərəfindən zəbt edilərək ələ keçirilməsidir. Belə ki, Faiq Seyidov mülkiyyətimizdə olan əmlaklardan 5 ildən çoxdur ki, qanunsuz olaraq istifadə edir və bunun müqabilində icarə haqqının ödənilməsindən belə boyun qaçırır. Xahişlərimizə, özünə və digər orqanlarına etdiyimiz müraciətlərimizə baxmayaraq, Faiq Seyidov himayədarlarına arxalanaraq tələblərimizə və xahişlərimizə məhəl qoymadan qanunsuz əməllərindən əl çəkmir. Və ondan şikayət etməmək üçün ailəmizi hədələyir və müxtəlif yollarla təzyiq göstərir.

Hadisədən bir neçə gün öncə həyat yoldaşım Faiq Seyidov tərəfindən zəbt edilmiş 4 ədəd əmlakımızın boşaldılması barədə məhkəməyə və özünə müraciət etmişdir. Faiq Seyidov qeyd olunan məsələdən xəbər tutduqdan sonra həmin əmlakların yerləşdiyi binada təxribat törədəcəyini və ailəmizi hədələyərək həyat yoldaşımı zindanlarda çürüdəcəyini bildirmişdir. Həyat yoldaşım əmlakların onun adına olmasından, həmin əmlakların yararsız hala düşməsindən, habelə binada təxribat törədiləcəyindən ehtiyat edərək, obyektləri qorumaq məqsədilə qanunauyğun şəkildə Riyad Mühafizə Xidməti ilə yalnız obyektin mühafizə olunması məqsədilə müqavilə bağlamışdır.

faiq 1Mühafizə Xidməti ərazinin mühafizəsini həyata keçirilməyə başlayan zaman Faiq Seyidov və onun tərəfdaşları tərəfindən Mühafizə Xidmətinin işçilərinə qarşı əvvəlcədən planlaşdırılmış provokasiya xarakterli hərəkətlərə yol verilərək ,məqsədli şəkildə münaqişə yaradılmış və nəticədə onlar hadisədə heç bir iştirakı olmayan həyat yoldaşımı şərlərərək həbs etdirməklə niyyətlərinə nail olmuşdurlar. Faiq Seyidov öz niyyətinə çatdıqdan sonra sifarişlə hadisədə heç bir iştirakı olmayan həyat yoldaşım barəsində cinayət işi qaldırmış və 3 ay müddətində həbs qətimkan tədbiri verdirmişdir. Qurama cinayət işinin başlanmasında əsas məqsəd isə əmlakımızı əlimizdən almaqdan ibarətdir. Halbuki, cinayət hüququnda və məhkəmə praktikasında ümumiyyətlə CM-nin 221.2.1-ci maddəsi ilə həbs qətimkan tədbirinin seçilməsi yalnız və yalnız müstəsna hallarda nəzərdə tutulmuşdur. Hətta cənab prezident İlham Əliyevin cəza siyasətinin hümanistləşdirilməsi iləbağlı imzaladığı son sərəncamında belə bu tipli işlərə həbs qətimkan tədbirinin seçilməməsi öz əksini tapmışdır.

Bizim işlə bağlı isə həyat yoldaşım ümumiyyətlə baş vermiş hadisənin iştirakçısı olmamış, xuliqanlıq əməlində iştirak etməmiş, sadəcə əmlakının mühafizəsi üçün qanunvericiliyin tələblərinə uyğun olaraq müqavilə bağlamışdır. Məgər xüsusi mülkiyyətində olan əmlakın mühafizəsi üçün müqavilə bağlamaq cinayətdirmi?! Bütün bunlar onları göstərir ki, həyat yoldaşım Faiq Seyidov və onun himayədarlarının sifarişi əsasında həbs edilmişdir.

1.Xuliqanlıqda iştirak etməyən şəxsin həbs edilməsi sifariş deyil, bəs nədir?!
2.Qanuni şəkildə Mühafizə Xidməti ilə müqavilə bağlayan şəxsin xuliqanlığın təşkilatçısı kimi qələmə verilməsi sifariş deyil, bəs nədir?!
3.Ürəyindən ağır əməliyyat keçirmiş və mütəmadi olaraq stasionar müalicə alan, ictimai təhlükə yaratmayan şəxs barəsində məhs həbs qətimkan tədbirin seçilməsi sifariş deyil, bəs nədir?!
4.Əmlaklarımız xüsusi mülkiyyətimizdə olmasına baxmayaraq, digər şəxs tərəfindən qanunsuz olaraq zəbt edilməsi və buna dövlət orqanları tərəfindən bugünədək göz yümması sifariş deyil, bəs nədir?

Həyat yoldaşım qanunsuz olaraq həbs edildikdən sonra Faiq Seyidov yenədə öz himayədarlarının adlarından istifadə edərək ailəmizə əmlaklarımızı ona verilməyəcəyi təqdirdə həyat yoldaşıma daha ağır maddələr ilə ittiham veriləcəyi ilə hədələyir və qanunsuz əməllərindən əl çəkmir. Belə ki, Faiq Seyidov qeyd olunan əmlaklarda qanunsuz olaraq fəaliyyət göstərir, buna həmişəki kimi dövlət orqanları göz yumur və yenədə ailəmizi hədələyərək himayədarlarının dəstəyi ilə min bir zəhmətlə qurub qazandığımız əmlaklarımızı hər növ üsulla adına keçirməyə çalışır.

Faiq Seyidov açıq şəkildə ailəmizə qarşı təhdidlər edir ki, əgər qanunsuz zəbt elədiyi əmlakımızı ona verməsək həyat yoldaşımı müxtəlif maddələr ilə şərlətdirib həbsdə çürütdürəcəkdir. Onsuz da həyat yoldaşım gündəlik həyat tərzi ağır şəkildə stasionar müailəcədə keçir, ailəmizin isə həm əmlakı əlimizdən alınır, həm təqib olunuruq və təzyiqlərə məruz qalırıq, həmdəki həyat yoldaşım əsassız olaraq həbs olunur. Çox təəsüflər olsun ki, hüquq mühafizə orqanları göstərdiyim hallara diqqət yetirmək əvəzinə daha çox Faiq Seyidovun himayədarlarını eşidirlər. Onun qanunsuz əməllərini mediaya yalnış informasiya verməklə, o cümlədən ictimaiyyətdə yalnış fikir formalaşdıraraq ört-bastır etməyə çalışırlar.

Müraciətdə göstərdiyimiz halları sübut etmək üçün mülkiyyətimizdə olan əmlakların DƏDRX-dən alınmış çıxarışları, Riyad Mühafizə Xidməti ilə bağlanmış müqaviləni, həyat yoldaşımın ürəyindən əməliyyat olunması barədə təsdiqiedici sənədləri nəzərinizə çatdırıram.

Başqa əlacım yoxdur. Son ümüdüm yalnız Sizədir. Çoxsaylı ailənin başçısı olan həyat yoldaşımın vəziyyəti kritikdir. Xahiş edirəm bu məsələni xüsusi nəzarətinizə və diqqətinizə götürüb həyat yoldaşımın qanunsuz həbsdən azad olunmasında və qeyd olunan məsələnin ədalətli, düzgün və humanist şəkildə həll olunmasında köməkliyinizi ailəmizdən əsirgəməməyinizi Sizdən xahiş edirəm.

Əvvəlcədən öz minnətdarlığımı bildirirəm. Mən Sizə çox inanıram”.

Redaksiyadan: Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

 

IMG-20170717-WA0005IMG-20170717-WA0004IMG-20170717-WA0001-577x1024IMG-20170717-WA0006

IMG-20170717-WA0010

 

IMG-20170717-WA0009IMG-20170717-WA0008IMG-20170717-WA0007

IMG-20170717-WA0002

20170612_002301_resized
20170612_002327_resized
20170612_002342_resized

...