Cəmiyyət

Öldürülmüş müstəqil mətbuatımızın “inkişafı”, sosial şəbəkələrdə bəy tərifləri ilə bəzəndi

Azərbaycanda Milli Mətbuat günü, hökümətin jurnalistikaya göstərdiyi “böyük qayğısı” ilə yenidən gündəmə gəldi. Təxminin bir neçə il əvvəl olduğu kimi. Jurnalistlərə növbəti evlər verildi və yenindən Azərbaycanın acınacaqlı hala salınmış jurnalistikasının biabırçı durumu ortaya qoyuldu.

Bu epik mənzərəyə baxanda özünə hörmət edən qələm sahibləri yəqin ki, bu peşəyə sahib olduqları üçün peşmançılıq hissələri keçirdilər. Bəziləri isə həyasızcasına artıq yoxa çıxardılıb, öldürülmüş müstəqil mətbuatımızın “inkişafını”, geninə-boluna sosial şəbəkələrdə, utanmadan bəy tərifləri ilə bəzədilər.

Onların sırasında isə baş redaktorlardan biri həqiqəti deyərkən nəticəsinə varmadan qısa biz zaman ərzində fikirlərini geri götürməyə məcbur oldu, yazdığından imtina etdi, peşmançılıq hissi keçirib hətta ailəsini bu məsələyə qatmaqla diz çökərək üzr istəməsini nümayiş etdirdi. Bu isə artıq Azərbaycan reallıqlarında gündəlik periferik həyat tərzinin və eyni zamanda jurnalistikanın bir oyun qaydalarına çevrilib.

Təəsüf ki, bu bir həqiqətdir. Az qala müstəqil mətbuatımıza dərs keçmək istəyən şəxslərin sonradan rəzil hala düşərək ehtiyyacları olmayan maddi durumlarını daha da yaxşılaşdırmaq eşqi ilə yalvarmaların görəndə mənəviyyatın tədricən sıradan çıxarıldığının bir daha şahidi olursan.

Sizə elə gəlmirmi hakimiyyətin ucuz tərtibatları söz əhlini daha da çirkaba bulaşdırır və getdikcə onları bu çirkabda boğub məhv edir. Məgər çox çətindir ki, hakimiyyətin jurnalistikaya olan “qayğı” siyasətini başa düşməmək. Jurnalistikaya olan bu sevgi nədən qaynaqlanır? Hakimiyyət müstəqil mətbuatı satın almaqla onları formal statuslarla müəyyənləşdirib sonradan kor, kar, lal etməklə gələcək ümidlərini də puça çıxardır.

Namiq Cəfərli

Bənzər yazılar

Back to top button