Gündəm

ATATÜRK MƏRKƏZİNİN ƏMƏKDAŞININ ERMƏNİ TƏƏSÜBKEŞLİYİ HARADAN QAYNAQLANIR?

Son günlər Nazir Əhmədlinin Ermənistan Milli Arxivinə istinad etdiyi çapdan çıxmış “Haqq-nahaq seçilər Haqq divanında” kitabı ilə bağlı ziyalıların narazılığı yaranmış, bu da əsaslı iradlara səbəb olmuşdu.
Müəllif irad yazanları söyür, təhqir edir, həm də insanları qorxutmaq məqsədi ilə özünün söyüldüyünü, təhqir edildiyini iddia edir. Bütün bunlar sosial şəbəkədə baş verdiyindən həqiqət yazılarda görünür.
Nazir Əhmədli məni gah liderlik uğrunda mübarizə aparmaqda, gah “işverən”lik etməkdə, gah elmi diskussiya apara bilməməkdə ittiham edir.

Keçirəm kitabın mahiyyətinə.

Dədə Ələsgərin misrasını kitaba başlıq verməsini elə vurğu ilə qeyd edir ki, sanki bizlər Nazirə borclu düşürük.

Ermənistan Milli Arxivinin məlumatlarına görə, güya Aşıq Ələsgər 105 il yox, 74 il yaşayıb.
Dədə Ələsgərin:

“Səksəni-doxsanı ötübdü yaşım,
“Gor” deyə titrəyir bəlalı başım.”

Ustadın bu misralarda mübaliğədən istifadə etdiyini iddia edir. Halbuki, ədəbiyyatşünaslar yaxşı bilir ki, bu cür mübaliğə olmaz. N.Əhmədlinin bu cür təhlili onun ədəbiyyat sahəsində naşılığından da xəbər verir.

Dahi ustada öz misralarının altında haqsızlıq nümayiş elətdirir.

Kitabda eyni hallara Ağ Aşıq, Aşıq Alı haqqında təhrif olunmuş məlumatlara da rast gəlmək olur…

Konkret fikrimi çatdırmaq üçün məsələni uzatmaq istəmirəm.

Kitabda Göyçə mahalının kəndləri haqqında verilən tərsinə və təhrif olunmuş informasiyalar müəllifin Göyçə mahalının tarixi və coğrafiyası haqqında bilgisizliyini də ortaya qoyur.

Müəllif kitabda istinad etdiyi erməni mənbəyinin dili və ya öz fikirləri ilə tarixdə qaranlıq məqamlar yaradır, bu qaranlıq məqamları ehtimallarının üzərində qurur. Bu hal isə tarix üçün olduqca təhlükəli tendensiyadı…

Nazirlə elmi diskussiya apara bilməməyimin səbəbi onun məsələyə naşıcasına və səriştəsiz şəkildə və həm də ona tapşırılan missiyanı yerinə yetirdiyinə görə alınmır. Həmişə qarşısına qoyduğum arqument və faktlardan qaçır.

Liderlik uğrunda mübarizə aparmağım iddiasına gəlincə, məni tanıyanlar yaxşı bilir ki, vətənimin və millətimin müdafiəsi üçün həmişə sağlam qüvvələrin yanında olmuşam. Bu gün də həmin əqidədə qalıram.
Əgər N.Əhmədlinin yazdıqlarında milli marağa xidmət edəcək bir şey görsəydim, mütləq onu müdafiə edəcəkdim.

” İşverən”liyi isə o, edib, məni və Aşıq Ələsgərin nəticəs Xətai Ələsgərlini polisə verib. Giya biz onu təhqir etmişik.

Bir sözlə, necə deyərlər: öz adını bizə qoyub, bizi isə yana-yana qoyub…

Bütün bunların hamısına göz yumub, N,Əhmədliyə bir sual ünvanlayıram. Amma xahiş edirəm konkret cavab versin:

Qərbi Azərbaycanda 16 mahalımız üzərində Ermənistan dövləti qurulub. Bu dövləti qurmaq üçün rus-erməni qüvvələri xalqımıza qarşı zaman-zaman soyqırım törədiblər. Ulu babalarımız yurdumuzun müdafiəsi uğrunda mücadilə edib, misilsiz qəhrəmanlıq göstəriblər. Köməksiz olduqları üçün məğlub olsalar da, vətən uğrunda kişi kimi həlak olublar.

Tarixin bu kimi tam araşdırılmamış səhifələri olduğu halda, formalaşmış tariximizin yalan olduğunu sübut etmə cəhdi, erməni təəssübkeşliyi kimə və nəyə lazımdı və bu, haradan qaynaqlanır?

Mürvət Yusifov

jurnalist

Bənzər yazılar

Back to top button