Qüdsi Osmanov Elmar Məmmədyarova müavin gətirilir

Print Friendly, PDF & Email

Təxminən 11 ay əvvəl prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilən Qüdsi Osmanovun karyerasında kəskin yüksəliş gözlənilir.

İnfoAZ.org-a daxil olan məlumata görə, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının “Beynəlxalq iqtisadiyyat” fakültəsinin keçmiş magistri Qüdsi Osmanov bu ilin sonuna kimi Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun müavini təyin oluna bilər.

Məlumatda qeyd olunur ki, bu təyinatda Rusiya ilə yanaşı Azərbaycan hakimiyyətində söz sahibi olan qruplaşmalardan biri, həm də etnik prinsiplər üzərində formalaşmış qrup Qüdsi Osmanovun xarici işlər nazirinin müavini təyin olunmasında maraqlıdır.

Qeyd edək ki, 1966-cı ildə Ermənistan Respublikasının Noyemberyan rayonunda anadan olmuş Qüdsi Osmanovun demək olar ki, bütün şüurlu ömrü Rusiya ilə bağlıdır. Keçmiş SSRİ-nin ordusunda hərbi xidmətlə yanaşı Qüdsi Osmanov ali təhslini də Rusiya, keçmiş Leninqirad, indiki Sankt-Peterburq şəhərində alıb. Rəsmi tərcümeyi-halında göstərdiyi məlumata görə, Elmar Məmmədyarovun gələcək müavini əvvəlcə Sankt-Peterburq Su Kommunikasiyaları Universitetini, sonra isə Sankt-Peterburq Dövlət Universitetinin Hüquqşunaslıq və Beynəlxalq Münasibətlər fakültəsini bitirib. Rusiya Federasiyasının XİN nəzdində Diplomatik Akademiyasının “Beynəlxalq iqtisadiyyat” fakültəsinin magistraturasını bitirməsi isə Qüdsi Osmanovun Şimal qonşumuzun diplomatik kadrı olmasından xəbir verir. Rusiya Federasiyasının XİN nəzdində Diplomatik Akademiyasının məzunlarının Moskvanın maraqlarının əleyhinə getməsi, Rusiyanın əleyhidarına çevrilməsi hallarına faktiki olaraq rast gəlmək mümkün deyil. Akadmiya məzunlarına alışan Rusiyanın maraqlarını özlərinin şəxsi maraqlarından belə üstün tutmaq refleksi aşılanır.

Məlumata görə, Rusiya Federasiyasının XİN nəzdində Diplomatik Akademiyasının pedoqoji heyəti məzunlarının Moskvaya xüsusi xidmət orqanlarının Andropov Akademiyasının məzunlarından daha sədaqətli olması ilə xüsusi qürur hissi keçirir və bunu virğulamaqdan qürur duyurlar. Buna görə, Azərbaycanda bir çoxları haqlı olaraq Qüdsi Osmanovun Azərbaycanın maraqları ilə Rusiyanın maraqları toqquşan zaman Bakının maraqlarını Moskvanın maraqlarından üstün tutacağına şübhə edirlər. Ancaq görünür bu məqam Qüdsi Osmanovun nazir müavini təyin olunmasına çalışan qruplaşmanı narahat etmir. Qüdsi Osmanovun regionçuluq prinsipləri əsasında mənsub olduğu hakimiyyət daxili qruplaşma isə özünün kadrlarını ali hakimiyətdə daha çox mövqelərə yerləşdirməkdə o qədər israrlıdır ki, kadrların Azərbaycan milli dövlətçiliyinə bağlılığının olub-olmamsına önəm vermir. Hətta bəzi siaysətçilər etnik prinsiplər əsasında formalaşan bu qruplaşmanın Azərbaycan milli dövlətçiliyi anlayışından çox uzaq olduğunu dəfələrlə bəyan ediblər. Qüdsi Osmanovun maliyyə fırıldağından tutmuş ictimai sektor təmsilçisini döyməsinə kimi qalmaqallar da görünür heç kimi narahat etmir. Azərbaycanın Moldova Respublikasındakı səfiri, yaxın zamanlarda ölkənin Xarici İşlər Nazirliyinin rəhbər şəxslərindən birinə çevrilməsi gözlənilən Qüdsi Osmanovun adının hallandığı ciddi qalmaqallarla bağlı geniş araşdırmamızı isə yaxın günlərdə oxucularımıza təqdim edəcəyik.

...