NAZİRLİYİN QARŞISINDA İNSİDENT – Özünü yandırmaq istədi

Print Friendly, PDF & Email

Bakıda nazirliklərdən birinin binası qarşısında insident baş verib.

Lent.az xəbər verir ki, Cabbarov Sərxan Yavər oğlu Yasamal rayonu ərazisində Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin inzibati binasının qarşısına gələrək özünü yandırmağa çalışıb. Nazirliyin mühafizəçiləri həmin şəxsin niyyətini həyata keçirməyə imkan verməyib.

Bildirilir ki, Sərxan Cabbarov əlillik dərəcəsi ala bilmədiyi üçün bu addımı atıb.

Məsələ ilə bağlı araşdırma aparılır.

...