Bizim seçimGündəmHadisəManşet

“BU, HEYDƏR BABAYEVİN YENİ İXTİRASI İDİ…” – Sabiq nazirin zavodunda nələr baş verib?

Qarabağ müharibəsi veteranı, məcburi köçkün, ixtisasca jurnalist Sərməst Seyidəliyev “AzPolitika.info”ya şikayət məktubu ünvanlayıb. Ailəsini halal zəhmətilə dolandırmaq üçün 2004-cü ildə AB Standart Şirkətlər Qrupunun tərkinindəki “Dərnəgül Boru Zavodu” QSC-də fəhlə kimi işə düzələn Sərməst Seyidəliyev, zavodda gördüyü qanunsuzluqları, haqsızlıqları qələmə alıb. Onun məktubunu qısa ixtisar və zəruri redaktə ilə dərc edirik:

“Bu günlərdə saytınızda respublikanın keçmiş baş prokuroru, çox hörmətli İlyas İsmayılovla müsahibəni diqqətlə oxudum. Müsahibədə hamımızın ağrılı yerinə toxunulub. İndi ölkəmizi rüşvətxorluq, qohumbazlıq, korrupsiya bürüyüb. Aşağı təbəqə insanların dolanışığı get-gedə pisləşir. Kimin əlində imkanı varsa harınlamaq üçün geniş əl-qol atır, başçılıq etdiyi müəssisəni şəxsi mülkiyyətinə çevirir. Rəhbərlikdə çalışan qohumu olmayanlar iş tapa bilmirlər.

Mən jurnalistəm. Qırx il mətbuatda çalışmışam. Korrektorluqdan redaktorluğa kimi yüksəlmişəm. Bütün vəzifələrin öhdəsindən əsil jurnalist kimi gəlmiş, həmişə həqiqətə və dəyərlərə xidmət etmişəm. Heç vaxt haqqı nahaqqın ayağına verməmişəm. Təəssüflər olsun ki, bunu axıra kimi davam etdirə bilməmişəm. Bunun günahı isə məndə yox, bir qrup harınlanmışlarda, qanundan qorxmayanlarda, guya qanun keşikçilərindədir. Bunu sübut etmək üçün başıma gələnləri nəql etmək kifayətdir.

1asTaleyimə köçkünlük qismət olandan sonra Bakıya gəldim, ailəmlə birlikdə uşaq bağçasında məskunlaşdım. 21 ildir bağçada yaşayıram. Qəzetdə işləməklə ailəmi dolandırmaqda çətinlik çəkirdim. Ona görə də başqa iş axtarmağa başladım. 2004-cü ildə AB Standart Şirkətlər Qrupunun (Qrup keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin atasının adı ilə getsə də, sahibkarı özüdür) “Dərnəgül Boru Zavodu” QSC-də fəhlə kimi işə düzəldim. Gənclik dövründən özümü zəhmətə alışdırdığıma görə işdə heç bir çətinlik çəkmirdim.

Zavodun işləri ilə tanışlıqdan sonra burada böyük qanunsuzluqların olduğunu görürdüm. Zavodun icraçı direktoru Məhəmməd Abbasov (O, əvvəllər Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini işləmişdir) qanundan qorxmayaraq, zavodu şəxsi mülkiyyəti kimi idarə edirdi. Heydər Babayevlə birləşib hər il milyonlar qazanırdılar. Onlar zavodu 21-ci əsrin qul əməyinə çevirmişdilər.

İşə götürənlə işçilər arasında bağlanan əmək müqaviləsinin surəti heç kimə verilmirdi. Kimsə əmək müqaviləsində nə yazıldığını bilmirdi. Fəhlələr qeyri-iş günlərində adi qaydada çalışırdılar. Mən əmək müqaviləsinin surətini əldə edə bilmişdim. Əmək müqaviləsində göstərilən maddələrdən bir-ikisi istisna olmaqla, heç birinə əməl edilmirdi. Alıcıları şirnikləndirmək üçün buraxılan plasmas boruların üzərində “Dərnəgül boru” əvəzinə “Firat boru”, “Farat boru” sözləri yazdırırdı.

14317021953693045649_554x360

Zavodun ambardarı Elyar Səfərov direktorun bacısının əridir. O, ambardar olsa da zavoda ağalıq edirdi. M.Abbasov hər ay zavoddan ezamiyyə götürüb 10-15 günlük xarici ölkələrə gedirdi. Onda da zavoda direktorun müavini, H.Babayevin bacanağı deyil, ambardar rəhbərlik edirdi. Plasmas boruda yaxşı pul olduğuna görə zavodun hesabına Türkiyəyə, Çinə gedərək avadanlıqlar alıb gətirməklə özünə şəxsi boru zavodu tikdirmişdir. Hazırda həmin zavod fəaliyyətdədir, plasmas boru istehasal edir. Direktor Xırdalanda ikinci ambar yaratmışdı. Pula gedən bəzi materialları ora daşıtdırıb satdırırdı. Orda satılan mallara heç bir sənəd verilmədiyinə görə pullar direktorun cibinə gedirdi.

Zavodun üzünü görməyən, onun harada olduğunu bilməyən adamların adına hər ay fəhlənin aldığı maaşdan iki dəfədən çox əməkhaqqı yazılırdı. Deyilənə görə onlardan biri – Viktor adlı şəxs H. Babayevin göyərçinlərini saxlayırmış. Zavodun hesabına Standart bankdan kredit götürənlərin bir neçəsinin pulunu zavod ödəyib. Belə ki, ofisdə çalışan Şəhla kredit hesabına şəxsi maşın almışdı. Bir müddətdən sonra onu işdən çıxartdılar. Maşının verilməmiş qalan on min manatdan çox pulunu qeyri-qanuni olaraq zavod ödədi. Başqa bir fəhlənin də min manatı zavodun hesabına bağlandı.

1475473495_bank

2012-ci ildə bir fəhlə faciəli surətdə öldü. Həmin fəhlə hadisə baş verənə kimi qeydiyyata alınmamışdı. Onun pulunu hər ay ambardar Elyar nağd olaraq verirdi. M.Abbasov canını qurtarmaq üçün fəhləni öləndən sonra qeydiyyata aldı. Ölüm işi ilə əlaqədar olaraq eşitdiyimə görə Nərimanov rayon prokurorluğundan gələnlər (zavod həmin rayonun ərazisindədir) heç bir fəhləni dindirmədən ofisdəcə işi bağladılar. Zavodun direktoru Şüvəlanda tikdirdiyi villada fəhlələrdən bir neçəsini aylarla işlədir, onlara əmək haqqı yazırdı. Şəhərin elə bir yeri yoxdur ki, M.Abbasovun mənzili olmasın. Bacısının əri E.Səfərovun da şəhərin 4-5 yerində mənzili var. Hətta dağlıq rayonlardan birində istirahət üçün villa da alıb. Ayda 400-500 manat əmək haqqı almaqla bu qədər mənzil əldə etmək qeyri-mümkündür. Bunlar ancaq zavoddan oğurlanan pullar hesabına əldə edilə bilər.
Fəhlə işləsəm də, jurnalist kimi direktorun qanunsuz hərəkətlərinə dözə bilmirdim. Ətrafındakılar onu elə ilahiləşdirmişdilər ki, iş otağına da girmək, söhbət etmək mümkün deyildi. Günlərin birində, yəni yanvar ayını 2-si bayram günü zavodun həyətində tək gəzən vaxt imkan tapıb ona yaxınlaşaraq nöqsanlarını üzünə dedim və özünü düzəltməsini bildirdim.

O bərk əsəbiləşdi. Mənə sözü bu oldu: “Deyəsən yetişmisən, işdən çıxmalısan”.Dərhal sex rəisini yanına çağırıb belə bir göstəriş verdi: “Sabahdan etibarən bunu işə buraxmırsan”.

Ondan işdən çıxma əmrini verməyi tələb etdim. “Ayın 5-də iş günü gəlib əmrin surətini alarsan.” Bu barədə lazımi yerlərə şikayət edəcəyimi bildirəndə dedi: “Hara istəyirsən yaz. İndi quruluş sən deyən deyil. O dövr sovetlərlə getdi. İndi müstəqilik. Prokuror, məhkəmə, həmkarlar yoxdur. Kimdir fəhlənin yazdığını oxuyan? Bir də ki, lazımı adamların hər ay haqqını verirəm. Sözsüz ki, onlar səni yox, məni müdafiə edəcəklər”.

Əmrin surətini almaq üçün dediyi vaxtda zavoda getdim, işdə olmadı. Bir gün sonra yenə getdim. Xarici ölkəyə getdiyini öyrəndim. Bu barədə Dövlət Əmək Müfəttişliyinə ərizə ilə müraciət etdim. Bir neçə gündən sonra ordan gələn nümayəndələr Qarabağ müharibəsi veteranı, məcburi köçkün olduğuma görə işimə bərpa olunmağımı direktordan tələb etdilər.
M.Abbasovun özbaşınalığından, saxtakarlığından, vəzifədən sui-istifadə etməsindən, zavoddakı korrupsiyadan H.Babayevə dönə-dönə yazdım, iştitakımla yoxlama tələb etdim. O, yazdıqlarıma obyektiv münasibət bildirmək əvəzinə 2015-ci ildə zavodun fəaliyyətini dayandırdı. Başqaları kimi mənə də kompensasiya verib işdən azad etdilər. İki həftədən sonra zavod başqa adla yenidən fəaliyyətə başladı. Bu, H.Babayevin yeni ixtiralarından biri idi. Əlbəttə, ikisi də bir-biri ilə əlbir olduğuna görə tədbir görməzdi. Zavodun fəaliyyətini dayandırmaqla canlarını qurtarmış bildilər.

Heyder B

İşdən azad olunandan sonra respublikanın baş prokuroru cənab Z.Qaralova ərizələrlə müraciət edirəm. Hər dəfə mənə eyni cavab yazrılar: mülki iş olduğuna görə məhkəməyə müraciət edin. Axı yuxarıda sadaladıqlarım faktlarda mülki iş yoxdur. Başa düşə bilmirəm, göründüyü kimi, sui-istifadə, özbaşınalıq, korrupsiya, saxtakarlıq nə vaxtdan mülki iş olub? Yazdıqlarım bəlkə də cənab Z.Qaralova çatmayıb. Ona görə də məni qəbul etməsi üçün teleqramlar göndərdim. Qəbulu o yox, başqa-başqa adamlar edir. Hər dəfə də baş prokurorun qəbulunu tələb edirəm. Söhbətdən çıxandan sonra M. Abbasovun o vaxtlar dediyi sözləri xatırlayıram: “İndi prokuror, məhkəmə, həmkarlar yoxdur. Kimdir fəhlənin yazdığını oxuyan. Bir də lazımi adamlara hər ay haqq verirəm. Onlar səni yox, məni müdafiə edəcəklər”.

M.Abbasovun sözlərinin doğru olduğunu indi-indi anlayıram. İki ilə yaxındır deyirəm qatıq ağdır, prokurorlar deyirlər yox, qaradır. Yuxarıda göstərdiyim faklar yoxlanılmır. Faktların özümün iştirakımla yoxlanılmasını ərizələrimin hamısında qeyd edirəm.
Məktubuma bu sözlərlə yekun vurmaq istəyirəm: Respublikada baş prokuror işləmiş İlyas İsmayılovu, İsmət Qayıbovu və Murad Babayevi yaxşı tanıyıram. Onların müsbət keyfiyyətləri, humanistlikləri barədə çox eşitmişəm. İ.Qayıbovun işdən sonra prokurorluq binasından qoruyucusuz, tək çıxıb gedərkən pilləkənin üstündə dayanan yaşlı kişinin və qadının şikayətini necə dinlədiyini, bloknotunda qeydlər etdiyini, onları razı yola saldığının şəxsən şahidi olmuşam…”

P.S. Məktubda göstərilənlərlə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Bənzər yazılar

Back to top button