GündəmHadisəİdman

Qurban Qurbanov “Qarabağ”ın tarixi qələbəsindən danışdı

“Olduqca çətin oyun oldu və belə olacağını da gözləyirdik. Futbolçular əzmkar mübarizə apardı və layiqli qələbə qazandı”.

Bunu komandanın baş məşqçisi Qurban Qurbanov səfərdə “Şerif”lə oyunsonrası mətbuat konfransında deyib.

“Komandamı qələbə və pley-off-a yüksəlmək münasibətilə təbrik edirəm. Bu mərhələdə oynamaq istəyirdik. Çalışacağıq ki, pley-off-da da yaxşı oyun göstərək. Bizi burada tək buraxmayan azarkeşlərimizə təşəkkürümü bildirirəm”, – deyə o əlavə edib.

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında səfərdə “Şerif”i 2:1 hesabı ilə məğlub edərək pley-off mərhələsinə vəsiqə qazanıb.

Bənzər yazılar

Back to top button