Əhəd Abıyev Yasamala icra başçısı gəlmək üçün kimlərin qapısını döyür?

Print Friendly, PDF & Email

Daşkəsəndə özünü sürgün olunmuş adam kimi hiss edən Əhəd Abıyev yerinə saxta diplomlu müavinini təyin etdirmək istəyir

Daşəkəsən rayon İcra Hakimiyyətinin başçısı, sabiq deputat Əhəd Abıyev hazırda vakant olan Yasamal rayon İcra Hakimiyyətinin başçısının kürsüsündə oturmaq üçün bütün əlaqələrini işə salıb.

Bu barədə AzToday.az saytına Əhəd Abıyevin yaxın ətrafından sızan məlumata görə, Əhəd Abıyev özünü Bakıdan çox-çox uzaqlarda yerləşən Daşkəsəndə özünü sürgündəki kimi hiss edir.

Qeyd edək ki, Əhəd Abıyevin Daşkəsəndən Bakıya təyinat almaq üçün çalışması barədə bir neçə ildir ki, mətbuatda məlumatlar yayılır. Bundan əvvəl Əhəd Abıyevin gözü Xətainin icra başçısının kürsüsünü tutmuşdu. Mətbuatda gedən və təkzib olunmayan məlumatlara görə Razim Məmmədovu yerindən etmək istəyi bir neçə dəfə uğursuzluğa düçar olub.

Saytımıza daxil olan məlumata görə, bütün bu uğursuz cəhdlərdən sonra isə Yasamal icra başçısının boşalan kürsüsünü özü üçün qaçırılmaz fürsət olaraq görən Əhəd Abıyev bir müddətdir ki, öz hamilərinin qapılarını dayanmadan döyür və ən tez bir zamanda Yasamala təyinat almaq üçün az qala hamilərinə yalvarır. Abıyevin yaxın olan mənbəmizin bildirdiyinə görə Daşkəsənin icra başçısının gözü telefonda qalıb və hər dəfə telefonu zəng çalarkən şad xəbər almaq ümidi ilə telefonunu açır.

Mənbə bildirir ki, Əhəd Abıyev camaat içində özünü elə aparır ki, güya ondan Yasamal İcra Hakimiyyətinin başçısı olmağı xahiş edirlər, o isə, “bu barədə, ancaq möhtərəm prezidentimiz qərar verə bilər”, deyərək xahişlərə diqqətsiz yanaşdığını nümayiş etdirir. Əslində isə Əhəd Abıyev gözlərini yumanda da Yasamalı görür və artıq Daşkəsəndə bir gün də oturmaq istəmir.

Mənbə bidirir ki, Əhəd Abıyev Daşkəsəndə özünün varisini də təyin edib. Bu əvvələr Əhəd Abıyevin sürücüsü işləmiş, daha sonra köməkçisinə və Daşəkəsənə getdikdən sonra isə müavininə çevrilən Namiq Süleymanovdur. Onsuzda son bir neçə ildə Daşəkəsəni idarə edən Namiq Süleymanov, (Əhəd Abıyev ilin 9 ayını Bakıda keçirir və Daşəkəsənə demək olar ki, bayram tədbirlərində iştiak etməyk üçün gedir.), öz işinin öhdəsindən gəlir və bu üzdən də Namiq Süleymanovun Daşkəsəndə başçı olması elə də çətinlik yaratmır. Lakin bəzi iddialara görə, Namiq Süleymanovun diplomu saxtadı və bu baxımdan onun başçı olması gələcəkdə qalmaqala səbəb ola bilər.

Mənbə bildirir ki, Namiq Süleyminovun saxta diplom almasını da, bu saxta diplomla başçı müavini təyin olunmasını da, birbaşa Əhəd Abıyev təşkil edib və bəzi dairələrdə buna sadəcə göz yumulub. Lakin Namiq Süleymanovun başçı təyin olunduğu halda məsələnin qalmaqala çevrilməsi istisna olunmur.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

AzToday.az

...