Əli Həsənovun nəvəsinin avtomobili Bakıda ağır qəza törətdi: ölənlər var (VİDEO, FOTO)

Print Friendly, PDF & Email

Bakıda iki nəfərin ölümü ilə nəticələnən qəza baş verib. APA-nın hadisə yerində olan əməkdaşının xəbərinə görə, paytaxtın Heydər Əliyev prospektinin hərəkət edən “Mercedes Gelandewagen” markalı avtomobil  idarəetməni itirib və əsas yoldan köməkçi yola çıxaraq qəzaya uğrayıb. Qəza nəticəsində avtomobildə olan iki nəfər ölüb.

Qəzadan sonra avtomobildə yanğın baş verib.  Hadisə yerinə yanğınsöndürənlər və polis əməkdaşları cəlb olunub.

Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.

***

Bu gün axşam saatlarında Bakının Heydər Əliyev prospektində baş vermiş dəhşətli avtomobil qəzası barədə “Report” bəzi detallar əldə edib.

Qəza zamanı “Gelandewagen” avtomobilində həlak olan şəxslərdən biri Baş Nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev olduğu bildirilib. Daha sonra bu məlumat təkzib olunaraq bildirilib ki, qəzaya düşən “Gelandewagen” Nail Allahverdiyevə məxsus olsa da, həmin özü maşında olmayıb.

...