Şəmkirdə su problemi

Print Friendly, PDF & Email

Azərbaycan prezidentinin son illər kənd təsərrüfatinin inkişafi ücün atdiği addimlari dəyərləndirməmək insafsizliq olardi. Lakin əkinciliyin , heyvandarliğin və istehsal sahələrinin yenidən qurulmasi ücün dövlət büdcəsindən milyonlarla vəsait xərclənsədə hələ də ürək acan hec bir nəticəyə nail olunmamasi təəssüf dogurur. Bu sahəyə məsul şəxslərin rüşvətxor xisləti, tamahkarligi, yaritmaz fəaliyyəti və şəxsi mənfəətlərinə düşkünlükləri qulaqlarini və gözlərini elə kor edib ki, nə iflas edən kəndçilərin fəryadini eşidirlər nə də ölkə rəhbərinin qərar və göstərişlərini.

Su varsa torpagi əkib becərməmək günah oldugu kimi, su olmadigi halda torpaği əkib becərməyə cəhd eləmək də axmaqliq sayilmalidir.

Dövlət büdcəsindən ən cox pul alan təşkilatlarin bəlkə də birincisi Melorasiya və Su Təsərrüfati ASC-dir. Hər il yüz milyonlarla vəsait dövlət büdcəsindən ayrılsa da hər il də yalançi hesabatlarla dövlət başcisi və əkinçi aldadilir, hər il də vaxtinda su təminatı yerinə yetirilmədiyi ücün hec bir əkinçi əkdiyindən xeyir götürə bilmir. Bu illər ərzində əkinə yararli torpaqlarin hec 30-40 faizində davamli su təminati qurulmayibsa bu artiq xəyanətdir, dövlətin əsaslarina qarşi sabatajdir.

Dövlət başcisi bütün əkinə yararli torpaqlarin əkinə cəlb edilməsi ücün ciddi tapşiriq verib və həmcinin də qanunvericilikdə dəyişiklik edilir ki əkilməyən torpaqlara görə cərimə tətbiq edilsin. Bəs əkinşi torpagini əkdiyini su yoxlugundan bitirə bilmirsə bunu cəriməsini kim ödəməlidir?

Elə Şəmkir rayonundan bir qrup fermer də bu suallarra cavab almaq ücün mətbuata üz tutub. Fermer Əliyev Şahbaz İdris oglu, Fərzəliyev Məhərrəm İkram oglu, İbrahimov Şəmşid Məcid oglu, Zeynalov Nüsrət Vaqif oglu, Abbasov Samir Səməd oglu, Sadiqov Əbülfət İslam oglu, Əmiraslanov Sadiq Həmid oglunun imzasiyla radaksiyamiza ünvanlanan məktubda Melorasiya və Su Təsərrüfati ASC nin Şəmkir rayon şöbəsinin yaritmaz fəaliyyəti nəticəsində əkin sahələrinin məhv oldugunu bildirirlər. Məktub müəllifləri bildirirlər ki, necə illərdir fermer təsərrüfati ilə məşgul olsalarda hər il davamli su təminatinin olmamasi ucbatindan yazda əkinçi, qişda dilənci olmaqlarindan beziblər. Hər il dövlət büdcəsindən bu sahəyə milyonlarla vəsait ayrilsa da, yaritmaz idarəcilik səbəbindən hec bir dəyişiklik, hec bir irəliləyiş əldə edilmir.

Adı Su Təsərrüfati olsada bu təşkilat bogazina qədər cirkabin icinə batib. Bu təşkilati korrupsiya bataqligindan xilas etməyənə qədər hec nəyə nail olmaq mümkün olmayacaq. Dövlət xətti ilə ən son texnikalar alinsada, lazim olanda bir texnika tapmaq mümkün olmur. Cünki texnikanin hamisi ayri-ayri adamlara icarəyə verilir. Ştatda işcilərin sayi cox görtərilsə də real işci qüvvəsini barmaqla saymaq olar. Ona görə də Melorasiya və Su təsərrüfati ASC və onun yerli strukturlari işlərini günün tələbinə uygun təşkil edə bilmirlər. Dövlətin təsdiq etdiyi qiymət cədvəli qiraq da qalib, hərə özü ücün bir bazar acib. Elə bu bazarin “qizişmasi” ücündə özləri bilərəkdən gərkinlik yaradirlar ki, kəndçi yalvara- yalvara rüşvətini verib əkinini sulasin. Mövsüm ərzində əkin sahələri ən azi 6-7 dəfə sulanmalidir. Amma 3-4 dəfə əkininə su verən adam sevincindən göz yaşı tökür. Hər dəfə də günlərlə davam edən yalvar- yaxardan sonra ya su ala biləsən ya ala bilməyəsən. Yayin qizmar istilərində gecikən hər gün itirilən məhsuldarliq deməkdir. Bu dövlətin dayagi olan kəndlinin cöküşü deməkdir, torpaqdan soyumasi, kənddən qacişi deməkdir. Görəsən bundan hansisa hökümət qurumlari niyə narahat olmur?

Fermer Ş. Əliyev bildirir ki, uzun illərdir fermer təsərrüfati ilə məşgul olur. Həmişə də yay aylarinda eyni problemi yaşayir. Vaxtinda su təminati düzgün qurulmadigindan əkdiklərinin yarısı tələf olur. Aldığımız məhsul heç mayasını ödəmir. Əkinin canı torpaq və sudur. Əgər bu günə qədər fasiləsiz su təminati düzgün qurulmayibsa torpaği əkib-becərməyin hec bir faydasi olmayacaq. Hər dəfə şikayət edəndən sonra hesabat xətrinə 3-5 gün su verməklə bu problemlər həll olunmayacaq. Melorasiya və Su Təsərrüfati ASC və onun rayon bölmələri fəaliyyətlərini ya günün tələbləri səviyyəsində qurmalidirlar ya da istefa verməyə özlərində cəsarət tapmalidirlar. İllərdir ki eyni adamlar eyni qohumlar bu sahədə şəbəkələşiblər. Bilmirsən kimdən kimə şikayət edəsən. Cənab Prezident kənd təsərrüfatina kifayət qədər diqqət edir, vəsait ayirir, hec bir yardimi əsirgəmir. Amma məmurlar nə edir? Hər xirda məsələyə görə, dövlət başçısına müraciət etməliyik ki məsələ həllini tapsin?

...