Nizami rayonunda söküntü qalmaqalı böyüyür (FOTOLAR)

Print Friendly, PDF & Email

Paytaxtın Nizami rayonu, Ş. Mirzəyev küçəsinin sakinləri arasında söküntü qalmaqalı yaşanmaqdadır.

“Qaynarinfo” xəbər veir ki, Ş.Mirzəyev, T. Abbasov və R.Teymurov küçələrinin kəsişməsindəki ikimərtəbəli binaların sökülərək, yerində hündürmərtəbəli binanın tikilməsi sakinlər tərəfindən etirazla qarşılanıb.

Sakinlərin dediyinə görə, Nizami rayonu İcra Hakimiyyəti və tikinti şirkətinin nümayəndələri əraziyə gələrək, pilot layihə adı altında ikimərtəbəli köhnə tikililəri söküb, yerində hündürmərtəbəli bina tikəcəklərini bildiriblər. Lakin ətrafdakı binaların sakinləri hündürmərtəbəli binanın tikilməsini doğru hesab etməyərək, etiraz ediblər.

Mənzillərinin yerində yeni hündürmərtəbəli bina tikilənədək şirkət onları kirayələrə köçürəcəyini vəd verib. Tikinti şirkətinin dediyinə görə, 24 ay müddətində binanın tikintisi yekunlaşacaq.

Qeyd edək ki, tikinti işləri Bakı şəhər İcra Hakimiyyətinin başçısının 15 aprel 2014-cü il tarixli 160 №-li Sərəncamı ilə Bakı şəhəri Nizami rayonu Ş.Mirzəyev, T. Abbasov və R.Teymurov küçələrinin kəsişməsindəki 2444-cü məhəllədə mövcud yaşayış və qeyri-yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında “Yeni Dövr” Mənzil Tikinti Kooperativinin istifadəsinə verilib.

Pilot lahiyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarı olmasına baxmayaraq, tikinti şirkəti bu tikinti işlərinində pilot lahiyə olduğuna israr edir. Ancaq “Yeni Dövr” MTK pilot lahiyəni əsəslandıracaq heç bir sənəd təqdim edə bilmir. Həmçinin Tikinti şirkətinin binada aldığı bir neçə mənzillərin, yeni bina tikmək üçün lisenziya alinmamış, (bəzi dövlət komitələrindən sorğu alınmışdır) binada bəzi söküntü işləri aparmağa başlayıb.

Sakinlərin qeyd etdiyi kimi, həyətlərində hündürmərtəbli binanın tikilməsi onların həyat şəraitini məhdudlaşdıracaq: “Biz həmin ərazidə yerləşən 2 mərtəbəli 3 ədəd binaların sökülməsinə etiraz edirik. Həyətimizdə 14 mərtəbəli bina tikilərsə, bizim yaşadığımız mənzillərə günəş işığının düşməsi, mənzillərin təbii havalanması mümkünsüz olacaq, qapalı həyətdə sakinlərin istirahəti, uşaqların oynaması üçün yer qalmayacaq, nəinki avtomobillə, ayaqla belə hərəkət etmək çətinləşəcək. Nəzərə alınmalıdır ki, göstərdiyimiz binalarda 42 mənzil var və hər mənzildə orta hesabla 4-5 sakin yaşayır. Həmin binalarda yaşayan 200 – 210 sakinin şəhərə yeganə çıxış yolu həyətdə hündürmərtəbəli binanın tikintisi ilə məhdudlaşdırılacaq. Həmçinin, bizim öz mənzillərimizdə rahat, sanitar-epidemioloji şəraitdə yaşamağımız da mümkün deyil. Avtomobillərin saxlanması üçün park yerləri, uşaqların çıxması, oynaması, yaşlıların istirahəti üçün də başqa bir yer yoxdur.

Ötən aylarda yaşadığımız ərazisində çoxillik ağacları kəsib, yerlə-yeksan etdikdən sonra həmin ərazidə tikinti aprmaqdan əli üzülən “Yeni Dövr” MTK  qəzalı binaları sökmək əvəzinə bizim evlərimizə gözlərin dikiblər. Çünki bu binalar həm metroya yaxındır, həm də yol kənarındadır. Onlar burda bizə yataqxana tipində evlər tikib, özlərinə əlavə gəlir yeri əldə etmək, mənzillərin kvadratın yüksək qiymətə satmaqla “qaz vurub, qazan doldurmaq istəyirlər”.

Bina sakinlərinin hüquqlarını müdafiə edən hüquqşünas Əli Bağırov aparılan tikinti işlərinin tikinti normalarına uyğun aparılmadığını bildirdi:

“Bakı şəhər İcra hakimiyyətinin başçısının 15 aprel 2014-cü il tarixli 160 №-li Sərəncamında göstərildiyi kimi, daha konkret sərəncamın 1.1-ci bəndinə görə ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında müvafiq qanuvericiliyə əsasən “Yeni Dövr” MTK tərəfindən həll edilməlidir.

Həmin sərəncamın 2.7-ci bəndinə əsasən bu sərəncam inşaat pasportu ilə birlikdə yalnız layihələndirmə üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I bəndinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Və Konstitusiyasının 29-cu maddəsinin II bəndinə görə, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1. 152.5. 157.9.-cu maddəsinə əsasən Mülkiyyət hüququqları qorunur”.

Azərbaycan Respublikası Qanunvericliyinin yuxarıda qeyd edilən müddəalarından da göründüyü kimi, dövlət ehtiyacları olardısa və yalnız dövlətin adından çıxış edən orqanın iddiası ilə bizim mülkiyyətimiz  alına bilərdi. Hətta cavabdehə Bakı şəhər İcra hakimiyyətinin başçısının 15 aprel 2014-cü il tarixli 160 №-li Sərəncamında da yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi birtərəfli və ya məhkəmə yolu ilə deyil, qarşılıqlı razılaşma əsasında nəzərdə tutulur.

Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarında bizim mülkiyyətimizdə olan Bakı şəhəri, Ş. Mirzəyev küçəsi 81 nömrəli binanın deyil, Nizami rayonu üzrə keçən əsrin 50-60-cı illərində inşa edilmiş, 5395 nəfərin yaşadığı 1779 mənzildən ibarət 131 yaşayış binasının sökülməsi nəzərdə tutulur.

Artıq bir neçə gündür ki, davam edən qalmaqaldan sonra tərəflər məhkəməyə müraciət ediblər. Məhkəmə işi Nizami rayon məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu tərəfindən aparılır.  On altı gün öncə məhkəmə iclası oldu. Orada da mübahisəli məqam yaranıb. Tikinti şirkəti sakinlərin məhkəmədə qaldırdığı iddianı əsassız sayılaraq, qüvvədən düşməsini tələb edir. Hələ ki, məhkəmənin qərarını gözləyirik”.

Söküləcək binaların sakinləri öz narazılıqlarını həm də ölkə rəhbərliyinə ünvaladıqları müraciətdə çatdırıblar.

Cənab Prezident! Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “harda ağac kəsilərsə, sanki mənim qolum kəsilir”. Əfsuslar olsun ki, icra orqanlarında çalışan bəzi məmurlar Prezidentimizin təqdim etdiyi Pilot layihə adı altında vətəndaşların mülkiyyət hüquqlarını kobudcasına pozaraq, öz çirkin niyyətlərini həyata keçirmək istəyirlər”.

...