Azərbaycan xarici kəşfiyyatın qovluğunda (ARAŞDIRMA)

Print Friendly, PDF & Email

Güclü adamlar bu antiazərbaycan layihələrdən uğurla çıxır.Gücsüzlər isə kəşfiyyatın bu layihələrində məğlub olur, millətin şərəf və ləyaqətini satır

Araşdırma materiallarına görə çox qapalı şəkildə müzakirəyə çxarılan “Azərbaycan məsələsi” starteji məsələ kimi iki istiqamətdə müzakirə olunur.

1.Dövlətə qarşı itaətsizlik (Qarşıdan gələn prezident seçkilərini pozmaq, hökümət və dövlət strukturlarında süni yolla qarşıdurmaların sayını artırmaq).

2.“Oğuz eli” antiazərbaycan təşkilatının qurulması “Gələcək Azərbaycan” çoxmillətli partiyanın yaradılması. Antiazərbaycan mərkəzlərinin birləşdirilməsi (onların sayı 128-dir).

Bu məsələ nə qədər qapalı olsa da müzakirəsində iştirak edənlər verdikləri müsahibələrində bəzi məsələləri ictimaiyyətə sızdırıblar.Yadıma neçə il bundan öncə Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin ABŞ-ın eks Dövlət Katibi olmuş Madlen Olbraytın Azərbaycanda Demokratiya prinsiplərini şərh edərkən, ona sərt bir cavab vermişdi: “…Xanım Olbrayt, Azərbaycanın qədim adət-ənənəsi var. Bu ənənələrdən gözəl Demokratiya ola bilərmi? İnsani dəyərləri qoruyan bu ənənələr ən gözəl və dəyərli Demokratiyadır…” (sonradan bu fikri Qazaxıstan Prezidenti Nursultan Nazarbayev də təkrarladı)

Azərbaycan xarici kəşfiyyatın qovluğunda:

Azərbaycana və azərbaycanlıya məxsus ənənələri tədqiq edən, araşdıran “Neftdən qabaq…” strateji bir araşdırma mərkəzi yaradıldı. Vəzifələr də qoyuldu. İşlərin yoluna qoyulması üçün keçmiş kəşfiyyat və əks-kəşfiyyat mütəxəssisləri mərkəzə dəvət aldı. Honkins (Vaşinqton) Beynəlxalq Əlaqələr Universitetinin professoru, fars körfəzi və Azərbaycan üzrə mütəxəssis cənab M.Taker dərhal belə bir təklif verdi: “…Nəyin bahasına olursa olsun, imkan vermək olmaz ki, hər bir nazirliyin, komitənin xidmət mərkəzinin müstəqil strategiyası olsun. Bütün bunlar Azərbaycan kimi strateji ərazidə görəcəyimiz işlərə əngəl törədə bilər. Azərbaycanda neftdən qabaq insani dəyərləri ram etmək lazımdır. “Dalles qanunları”na söykənmək lazımdır…” (Bax: “Covert Action”-“Məvfi hərəkat”, 2000-2005-ci illərin bülleten materialları, Vaşinqton MKİ-nin bülletenləri)

Cənab M.Takerin “Dallas qanunları”na nəzər salaq. Bu qanun 1945-ci ildə ABŞ-da qəbul olunub. Onun da müəllifi ölkənin ilk kəşfiyyat rəhbəri, Admiral A. Dalles olub.

Kəşfiyyat Admiralı A.Dalles öz adminstrasiyasının əməkdaşlarına tövsiyyə edirdi: “…Biz hər şeyi atırıq. Lakin SSRİ-dəki strateji respublikalardan dörd əlli, dişimizlə, dırnağımızla yapışmalıyıq…

…Gedin, Azərbaycana gedin! Adamlar axtarın. Pul verin, qızıl verin…nə istəyirlər verin…o adamları ələ alın…Pul verin, yazılar yazdırın. O yazılarla xaos yaradın. Dövlət idarələrində ən yaxşı, vicdanlı, namuslu, millətini sevən kim varsa…hamısına böhtan deyin, yalan deyin…şantaj edin…onları mənəvi cəhətdən öldürün. Azərbaycanda neftdən qabaq bunu edin…. Kinolar üçün yazılan ssenarilərdə, teatr tamaşalarında, ədəbiyyat nəşrlərində qəzet materiallarında ləyaqətli, insani dəyərləri məh edən fikirlər üçün müsabiqələr keçirmək, pul xərcləyin çoxlu pul xərcləyin. Fahişəxanalar, hotellər, barlar…yaradın. Xüsusən gənclərə, təcrübə toplamış kadrlara… genetik zəhərlər içirin, məhv edin. Qorxmayın. Bütün bunlardan sonra təmizlik, düzgünlük, ləyaqət, ədalət, mənəvi dəyərlər…tamam itib icradan çıxacaq. Onda istədiyin adama asanlıqla hücum edə biləcəksən. Onu hər an, hər vaxt dövlətin, millətin gözündə heçə endirəcəksən. Gedin. Azərbaycana gedin. Neftdən qabaq bunları edin.Orda sizin xərcləmək istədiyiniz pulları gözləyənlər çoxdur…”

Artıq indi heç kimə sirr deyil ki, dünyanın belə dağılması, qarşıdurmaların baş verməsi daha çox dövlətin ən yüksək eşelonunda bərqərar olan təsir şpionlarının aktiv fəaliyyəti əsasında baş vermişdir. Bu planda MKİ-nin keçmiş direktoru A.Dallesin 1945-ci ilin əvvəlində məxfi iclasların birində çıxışı hədsiz xarakterikdir: “Müharibə qurtarandan sonra hər şey silkələnəcək, qurulacaq.
Biz adamları (xüsusən yanacaq resursları ilə zəngin olan Azərbaycanda) aldatmaq və axmaq vəziyyətə salmaq üçün istifadə etdiyimiz bütün qızılı, bütün maddi köməkləri və ya ehtiyatları atmalı olacağıq. İnsan beyni, adamların şüuru dəyişməyə qabildir. Orada xaos səpərək, biz onların dəyərlərini hiss edilmədən saxtalaşdıracaq və onları həmin saxta dəyərlərə inanmağa məcbur edəcəyik. Necə? Biz öz həmfikirlərimizi, öz köməkçilərimizi və müttəfiqlərimizi Bakının özündə tapacağıq.

Təmizlik və namusluluğa gülünəcək və onlar heç kimə lazım olmayacaq, keçmişin qalıqlarına çevriləcək. Yekəxanalıq və həyasızlıq, yalan, bir-birinin qarşısında heyvani qorxu və utanmazlıq, dissidentlik, millətçilik və xalqların qarşı-qarşıya qoyulması – bütün bunları biz cəld və hissedilməyən şəkildə beyinlərə dolduracağıq.

Biz, beləliklə Azərbaycanda nəsilləri çaşdıracağıq… Biz yeni-yetmə yaşlarından, adamlarla məşğul olacağıq, həmişə gənclərə arxalanacaq, onları mənəvi cəhətdən aşındıracağıq. Biz onlardan bizim təsir agentləri, azad dünya kosmopolitləri yaradacağıq. Bax biz məhz bunu edirik”.

Nəticədə xarici ölkə kəşfiyyat mərkəzlərinin aktiv fəaliyyətləri nəticəsində müstəqil Azərbaycan Dövlətinin qurulmasında iştirak edən 140 səriştəli, təcrübəli, ləyaqətli, öz dövlətini, dövlət başçısını sevən və onun strateji addımlarına xidmət edən, onu qoruyan kadrlar öz vəzifələrindən gediblər. Hələlik bu məsələ sadəcə xarici kəşfiyyatın sirri olaraq qalır.

Süni yollarla qurulan bu toqquşmalarda məqsəd Heydər Əliyev kadrlarının ləkələnməsi, vaxtından qabaq qovulması, nüfuzdan və dəyərdən salınması idi.

Genetik tədqiqatlarla bağlı elmi araşdırmalar və texnoloji iş üçün elmi-tədqiqat laboratoriyaları təşkil edildi. Əsas məqsəd genlərinin cavanlaşması, xəstəliklərdən təmizlənməsi və inkişafı, müxtəlif viruslara, xəstəliklər daşıyıcılarına qarşı davamlı genlərin əlilə gəlməsi yönündə elmi axtarışların qurulması idi.

Proqramın bir hissəsi ayrı-ayrı qüdrətli və tanınmış nəsillərin, cəngavər və qəhrəman şəxslərin nəslinə mənsub ( döllərin) genlərin bazalarını yaratmaq və bu gen bazaları” nın kompyuter yaddaşına köçürmək və orada xüsusi saytların açılmasını təmin etməlidir. Bu bazada Azərbaycana məxsus proqramın ayrılması və onun hesabına tam məxfi işlərin qurulması diqqəti cəlb edir. Bu proses hələ Adolf Gitler hakimiyyətini “Abver” hərbi kəşfiyyatının məxfi plalarında var idi. “Neft +gen” məsələsi ciddi məsələ kimi “Abver”in hərbi sənaye kompleksləri nəzdində fəaliyyətə başlayan elmi-tədqiqat mərkəzlərində vacib işlərdən biri kimi sayılırdı… Biz həmin genləri Qafqazdakı Azərbaycan genlərinin tədqiq etməkdə o məqsədi güdürdük ki, bu genlərdəki cavanlıq və məğrurluq məsələləri Alman ordusu üçün maraqlı və lazımlı idi”.

Bu prosesləri yəni Qafqazda, əsasən Azərbaycanda insan genlərini öyrənən və araşdıran yeni bir proqram bir hissəsi “gen toplama” əməliyyatı kəşfiyyat blokuna tapşırıldı.

Sizə uzun müddət aparılan, lakin indiyədək çap olunamayan ciddi bir araşdırmanın nəticələrini verirəm.

Aparılan araşdırmalar göstərir ki, xarici kəşfiyyat orqanları ötən il (2016-cı ildə) Azərbaycanın hüquq mühafizə orqanlarını qarşı-qarşıya qoymaq üçün, nüfuzlu, təcrübəli kadrların sıxışdırılıb sıradan çıxarılması üçün;

– 2016-cı il üçün 27 milyon dollar ayırmışdı
– Dövlətlə-din arasında qarşıdurmalar üçün 38 milyon dollar;
– Azərbaycanın diplomatik kopuslarının işini pozmaq üçün 40 milyon dollar;
– Ölkənin gömrük və vergi sistemlərinin layihələrini dağıtmaq üçün 95 milyon dollar ayrılmışdı,
– Ölkənin MH-nin qurumları arasında inamsızlıq məsələləri üçün 55 milyon dollar vəsait,
– Rayonlarda qarşıdurmaları genişləndirmək üçün 100 milyon dollar
– Ölkədə təqaüd və digər sosial yardım fodnların yardım sistemini pozmaq üçün 120 milyon dollar,

Bütün bu vəzifələri icra etmək üçün xüsusi qəzetlər, xarici ölkələrdə qısa kurslar keçən jurnalistlər, siyasətçilər, iqtisadçılar da hazırlanırdı.

Məlumata görə indiyədək Azərbaycanda xarici kəşfiyyat kursalrında 350 nəfərdən artıq müxtəlif peşə sahibləri təhsil alıb.
Məsələn, Azərbaycan tərəfinin sərt mövqeyi nəticəsində Beynəlxalq qurumların sənədlərindən, Avropa Şurasının, Avropa İttifaqının, BMT-nin, NATO-nun, ABŞ Dövlət Departamentinin…məxfi sənədlərindən “Azərbaycan sərhədləri beynəlxalq terror təşkilatlar üçün tranzit olaraq qalır” ifadəsi , cümləsi və fikri birdəfəlik çıxarıldı. Halbuki bu ifadənin həmin qurumların qovluqlarında qalması üçün ermənilər ötən il 14 milyon vəsait sərf ediblər. Bu planın mahiyyətində təxribatçılıq, dövlətə inamsızlıq və etimadsızlıq dayanırdı. Planın icrası üçün 3 ildə 348 milyon dollar sərf edilib. Lakin heç bir nəticə ala bilməyib. Ölkəmiz xarici kəşfiyyat bazaları üçün, elmi-tədqiqat mərzkərləri üçün laboratoriya ola bilmədi. Hazırda bu məsələ xarici kəşfiyyat orqanlarının elmi-tədqiqat mərkəzlərinin bir nömrəli məsələsi olaraq qalır…  (Xatırladım ki, bütün bu fakt və sənədlər haqqında ABŞ-ın Linkoln kitabxanasında açıq istifadəyə verilən, məxvilik qrifi götürülmüş sənədlərdən oxumaq mümkündür).

Hazırda Azərbaycanda iqtisadi-siyasi mühiti pozmaq, süni qarşıdurmalar yaratmaq üçün xaricdəki 13 erməni bankı aktiv rol oynayır. Bu banklar çirkin layihələrin icrası üçün həmişə öndə gedir. Məqsəd də aydındır: Qarabağ torpaqlarını Azərbaycana unutdurmaq, yaddan çıxartmaqdır. Onda fikirləşək: – bəs biz hansı layihələr uğrunda müharibə aparırıq. Bütün bunlar yazılmalı, təhlil olunmalı, deyilməlidir. Azərbaycan Prezidenti bunun üçün hər il qəzetlərə, telekanallara kifayət qədər yardımlar ayırır. Dünyanın heç bir yerində, dövlət mətbuata, telekanallara yardım ayırmır, iş şəraitini, mənzil problemini həll etmir. Və yaxud bir ölkə göstərin ki, orada “Mətbuat Şurası” var….Yoxdur….Hər halda fikrimizcə bütün bunlar yoluna qoyulmalıdır.

İnformasiya ölkənin hərbi-siyasi və iqtisadi gücünü tənzimləyən qiymətli resurslardandır. Söhbət həqiqi, dəyərli, insan və zaman arasındakı mənəvi sərhədlərdə şəffaflıq və aydınlıq yaradan informasiya və məlumatdan gedir. Həqiqi və qiymətli informasiya kimdədirsə, hakimiyyət də ondadır. Məsələn, xarici kəşfiyyat orqanları informasiya müharibəsini udmaq üçün «Camivore» deyilən elektron kommunikasiya-və kompüter şəbəkəsindən istifadə edir.

Şəbəkənin «poçt qutusu»na isə istənilən ölkədə, istənilən vaxt iğtişaş, çaxnaşma, ruh düşkünlüyü, inamsızlıq və səbatsızlıq… kimi amillərin I yayılmasım təmin edən dezinformasiyaların təşkili daxildir.

Tarixi baxımdan bu gün də öz aktuallığında qalan keçmişin bir neçə tarixi sənədini araşdıraq. Xankəndindən – işğal olunmuş torpaqlarımızdan arxayınçılıqla yayımlanan «Artsax» telekanalında çıxış edən ABŞ Konqresinin Beynəlxalq Əlaqələr və İnsan Hüquqları Komissiyasının sədri Kristofer Smit Azərbaycanı ittiham edir: «… Azərbaycan milli maraqları, öz fikri, məramnaməsi olmayan bir respublikadır… deyir.

O, daha sonra yazır:

Azərbaycan liderlərilə (siyasi partiya liderlərilə) etdiyim söhbətlərdə və keçirdiyim görüşlərdə bunun şahidi oldum. Onlar Qarabağ haqqında danışmadılar, Qarabağ haqqında düşünmədilər.

Maraqlı bir faktı da nəzərinizə çatdırım. Məsələn, NATO-nun «MDB ölkələrilə bağlı strateji tədqiqatlar aparan Analitik Hərbi Kəşfiyyat mərkəzinin 2016-ci ilin məlumatına görə, Cənubi Qafqaz regionundakı siyasi partiyaların və cəmiyyətlərin 76,9 faizi öz işlərini yalan məlumatlar və şayiələr əsasında tənzimləyir. Nəticədə onların Demokratik İnstitutlara verdikləri hesabat və proqnozlar əsassız və dəyərsiz kağız parçası kimi bir tərəfə qoyulur. Məlumata görə, Gürcüstandan göndərilən 107 hesabat və proqnoz-materiallarını, Ermənistandan göndərilən 153 hesabat və proqnoz materiallarını, Azərbaycandan göndərilən 172 hesabat və proqnoz materiallarını “çaşdırıcı, məzmunsuz və gərəksiz” material kimi bir kənara qoyublar. Halbuki, Gürcüstanda bu materialların
hazırlanması üçün 147 min, Ermənistanda 176 min, Azərbaycanda isə 210 min dollar «QRANT» xərclənib. Həmçinin bu da qeyd olunub ki, bu qrantların Gürcüstanda 84 faizini, Ermənistanda 87 faizini, Azərbaycanda isə 93 faizini müxtəlif partiyalar, ayrı- ayrı cəmiyyətlər alıb.

ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt isə hələ 2016-cı il aprelin 15-də Kapitoliyada (Vaşinqton, MKİ-nin yerləşdiyi ərazi) MDB ölkələrindəki siyasi partiyalarla işləyən kəşfiyyat qrupuna tövsiyə edir ki, ilk növbədə, yalanı həqiqətdən ayırmağı bacarsınlar: «… Ağzı köpüklənə-köpüklənə yalan və şayiələr uyduran siyasi liderləri dinləməkdənsə, həqiqəti deyən sadə adamları dinləyin… Şayiələr və yalan bizi yordu».

Vaxtı ilə işlədiyim Prezident Yanında Xüsusi İdarədə tam məxfi qaydalar əsasında Azərbaycanın tanınmış ictimai-siyasi xadimləri, hökümət və dövlət strukturlarında, iri şirkətlərdə hərbi qulluqçular arasında, təhsil və səhiyyə sistemində, Prezident Adminstrasiyasında çalışan şəxslərin reytinq cədvələri hazırlanırdı. Qrupun rəhbəri kimi strateji əhəmiyyət kəsb edən bu əməliyyatı Professor “A.Trayden”, “Moll qrupu”, “Sistem+” və “General M.Dikens” nəzəriyyələri altında həyata keçirirdik. Bundan sonra kimin kim olduğu, onun ictimai-siyasi mühitdə nüfuz dairəsi aydın olurdu. Bu məsələlərin nəticələri kadrların yerdəyişmələrində, irəli çəkilmələrində vacib şərtlərdən biri idi. Nəticədə təsadüfi kadrlar sıradan çıxarılırdı. Buna hökümət və dövlət strukturlarında işlərin qaydasında getməsi üçün tətbiq olunan “Smokink nəzəriyyəsi” deyirdilər. Və bu nəzəriyyə hazırlanmış bir sıra rəyləri (xüsusi xarici kəşfiyyatda) yalançı rəy nəticələrini vurub sıradan çıxarırdı. Çünki xarici kəşfiyyat (bu adətən diplomatik korpus vasitəsi ilə həyata keçirilirdi) özü üçün maraqlı olan şəxsin irəli çəkilməsi və yeni təyinatı üçün saxta rəylərin hazırlanmasında milyonlarla dollar sərf edir.
Bu strateji məsələlər həqiqət olaraq qalır. Bunu dərk etmək lazımdır. Çünki dərk olunmayan həqiqət həmişə dərdə çevrilir.

Rövşən Novruzoğlu

Orduda və digər hərbi qurumlarda Korrupsiya və terrora qarşı mübarizə Strateji Araşdırmalar Mərkəzinin Direktoru, Milli Təhlükəsizlik Məsələləri üzrə ekspert

Material hazırlanarkən, ABŞ-da nəşr olunan
– “İnquiry”- “Araşdırmalar” (Kaliforniya)
– “Covert-Action”- “Məxfi hərəkat” (Vaşinqton)
– “Dallas Morninq News” “Dallasın səhər xəbərləri” (texas)
– “Boston Globe” – “Boston Qlobusu” (Boston)
– “Associated Press”- “AP”- agentlik (Nyu-York)

Böyük Britaniya
– “Defens”- “müdafiə” (Meydenxed kompaniyası)
– “Daily Express”- “Gündəlik ekspres” (London)
– “Mİ-6”- Təhlükəsizlik xəbərləri (London, Bülleten)
– “The World Today”- “Dünya bu gün” (London)
– “London starteji Araşdırmalar Mərkəzi” (M.Tetçer adına) (London)
– “Bİ-Bi-Si”-nin materialları (2010-2016-cı illər)

Fransa mətbuatı
– “Likeration”- “Azadlıq” (paris)
– “Le Matin de paris”- “parisin sabahı” (paris)
– “La Politique Etranqere- “Xarici siyasət” (Paris)
– “Aqent-1”, “Aqent-2” tele/kanal xəbərləri (2014-2015)

Mətbuat orqanlarından götürülüb.
Müəlliflə əlaqə telefonu. 050 505 25 00.

Mənbə: Yenixeber.org

...