Azərbaycanda ən yüksək əməkhaqqı bu sektorda verilir

Print Friendly, PDF & Email

2017-ci ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2016-cı ilin muüafiq dövrünə nisbətən 6,9 faiz artaraq 522,0 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, əməkhaqqı neft sektorunda 3072,4 manat, qeyri-neft sektorunda 462,2 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 390,5 manat, özəl müəssisələrdə isə 709,1 manat olub.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

...