Hadisə

Avtoritetlər Lənkərana toplaşır

Bu gün Türkiyədə güllələnərək qətlə yetirilən azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin (Canıyev) il mərasimi keçirilir.

Qafqazinfo xəbər verir ki, mərasim mərhumun yaşadığı Kiçik Bazar məhəlləsində baş tutacaq.

Lənkəranskinin il mərasimində bir çox tanınmış “oğru”ların iştirak edəcəyi gözlənilir. Bunun üçün də yüksək təhlükəsizlik tədbirləri görülüb.

Qeyd edək ki, Lənkəranskinin ölümü ilə bağlı Türkiyədə və Rusiyada bir neçə nəfər saxlanılıb, onun qətlində günahlandırılan bir neçə şəxs isə Lənkəranskinin öz tərəfdarları tərəfindən öldürüldüyü bildirilir.

Bənzər yazılar

Back to top button