GündəmHadisə

Əli Kərimlini kimlər maliyyələşdirib? – Əslində siyahı çox uzundur…

AXCP sədrinin hakimiyyət tərəfindən maliyyələşdirilməsi təzə xəbərdimi?

Əli Kərimliyə ən böyük dəstəyi “Nurgun” Holdinqin prezidenti Nuru Əliyevin verdiyi də heç kimə sirr deyil.

Bir neçə gündür ki, AXCP sədri Əli Kərimlinin hakimiyyət təmsilçilərindən dəstək alması, hakimiyyətdə təmsil olunan məmurlar tərəfindən maliyyələşdirilməsi barədə mətbuatda çeşidli yazılar dərc edilməkdədir. Bir çox mətbu orqanlar sensasiya kimi təqdim etdikləri və heç bir ünvan göstərmədikləri yazıları elə özləri də təkzib edir, ya da müxtəlif səpkilərdə yozurlar. Doğurdanmı Əli Kərimlinin hakimiyyət mənsubları tərəfindən maliyyəşdirilməsi sensasiyadır və tamamilə yeni xəbərdir?

Biz bu məsələni araşdırdıq və yaddaşımızı azacıq qurdaladıq. Əslinə bu heç də yeni məsələ deyil və AXCP sədri müxtəlif vaxtlarda hakimiyyətdə təmsil olunan bəzi qruplar tərəfindən həmişə maliyyələşib. Bu barədə zaman-zaman da Azərbaycan mətbuatında kifayət qədər yazılıb və AXCP daxili mübarizədə hər zaman Əli Kərimliyə qarşı məhz hakimiyyət tərəfindən maliyyəşdirilməsi ilə bağlı ittihamlar səsləndirilib. Bu faktlar qarşısında isə AXCP sədri həmişə susqunluq nümayiş etdirsə də, bu gün ondan ayrılan yaxın ətrafı bu faktları söyləyənləri sadəcə “qaragüruh” adlandırıb.

İndi isə keçək əlahəzrət faktlara:

1990-cı illərdə AXCP sədrinin Əli İnsanov tərəfindən “Yaşıl apteklər” şəbəkəsinin bağışlandığı heç kimə sirr deyil. Əli İnsanovun Əli Kərimliyə hər tərəfli maddi dəstəyi həbs olunana qədər davam etmişdi.

Bundan başqa bir zamanlar Azəravtoyol Konserinin direktoru vəzifəsində çalışan Hüseyn Hüseynov o zaman yeni sayılan, 20 yanvar metrosunun yaxınlığında yerləşən Avtovağzala Əli Kərimliyə çox yaxın bir şəxsi diektor təyin etmişdi. Həmin şəxs nəinki Əli Kərimliyə aylıq yardım edirdi, hətta ən yaxın qorumalarına, qohumlarına və mirzələrinə də hərtərəfli maddi dəstək verirdi. Məsələn, Avtovağzalın yanında yerləşən “Dəli Kür” restoranı Əli Kərimlinin əmisioğluna verilmişdi. Oradakı maqazinlərdən bir neçəsini isə cangüdənləri işlədirdi.

Göründüyü kimi, Əli Kərimlini o zaman dəstəkləyən əsasən, Qərbi Azərbaycan klanı idi. Dəstək həm də onların himayəsində olduğu iş adamları tərəfindən də verilirdi. Əli Kərimliyə ən böyük dəstəyi isə, Qərbi Azərbaycan klanının himayəsində olduğu şübhə doğurmayan, “Nurgun” Holdinqin prezidenti Nuru Əliyev veridiyi də heç kimə sirr deyil.

Xatırladaq ki, Nuru Əliyev 1998-ci ildə Əli Kərimliyə “Nissan maxima” markalı lüks avtomobil hədiyyə etmişdi ki, o zamanlar belə avtomobildə yalnız nazirlər gəzirdi.

Nuru Əliyev, həmçinin 1999-cu ildə maliyyələşdirdiyi”Ekspress” qəzetinə də Ə. Kərimlinin yaxın dostu Qənimət Zahidin başçılıq etdiyi komandanı gətirmişdi. Həmin vaxt Qənimət Zahidə 100 dollardan yuxarı “maaş” kəsilmişdi ki, həmin dönəm üçün bu böyük pul hesab edilirdi. Nuru Əliyevin daha sonra Əli Kərimliyə göstərdiyi dəstəyi davam etdirmişdi…

Hakimiyyət daxilində Əli Kərimliyə dəstək verənlərin siyahısını uzatmaq da olar. Lakin bu bir faktdır ki, normal insanlara “qaragüruh” deyən və ətrafındakı insanları düşünmədən qurban verən Əli Kərimli daim hakimiyyət daxilindən bəslənilib və bəsləmənin bu gün də davam eləməsi normal qəbul olunmalıdır…

pia.az

Bənzər yazılar

Back to top button