Hadisə

Ağdaşın icra başçısının oğlu qəza törətdi və …

Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavini Əsgərxan Həsənovun oğlu ağır yol qəza hadisəsi törədib.

“Qafqazinfo”nun verdiyi məlumata görə, hadisə bu gecə saat 2 radələrində baş verib.

Məmurun oğlu İlqar Həsənov 90 ZM 111 dövlət nömrə nişanlı “İnfiniti” markalı maşını yüksək sürətdə idarə edərkən qəza törədib. Maşın əvvəlcə mağazaya çırpılıb, daha sonra işıq dirəyini yerindən qopararaq rayondakı 5 nömrəli məktəbin həyətinə girib.

İ. Həsənov ağır qəza törətməsinə baxmayaraq ciddi xəsarət almayıb. Onun içkili vəziyyətdə olduğu bildirilir.

Bənzər yazılar

Back to top button