İdmanSiyasət

İslam Həmrəyliyi Oyunları ilə bağlı İrandan Azərbaycana etiraz –”Zorxana bizim idman növümüzdür”

Azərbaycan Respublikası zorxana idman növünə mülkiyyət iddiasını geri götürüb.

Strateq.az “Mehr News”a istinadla xəbər verir ki, bu barədə İranın Pəhləvanlar və Zorxana İdman Federasiyası bəyanat verib.

“Mehr News”un məlumatına görə, 2017-ci il mayın 12-22-də keçiriləcək İslam Həmrəyliyi Oyunlarının rəsmi saytında (www.baku2017.com) zorxananın Azərbaycan milli idman növü olması barədə qeyd İranda narazılıq doğurub.

Buna görə də qonşu ölkənin səlahiyyətli orqanları, o cümlədən İran Milli Pəhləvanlar və Zorxana Federasiyası, Beynəlxalq Tələbə Zorxana İdman Növləri Federasiyası (IZSF), Milli Olimpiya Komitəsi və digər əlaqədar təşkilatlar İslam Həmrəyliyi Oyunlarının ev sahibindən – rəsmi Bakıdan “aşkarlanmış səhvi düzəltmək barədə tələb irəli sürüb”.

Tərəflər arasında yazışmalardan sonra Bakı Oyunlarının rəsmi saytında düzəlişlər edilib. Bundan sonra “Zorxana” bölməsidə qeyd olunub:

“İran Milli İdman Növü olan Zorxana 3000 illik tarixə malikdir və faktlara əsasən, 700 il öncə Puryayi Vəli (Məhmud ibn Vəliyuddin) tərəfindən sistemləşdirilmişdir. Zorxana iki söz birləşməsindən ibarət olub: “zor”- güc, “xana”- ev, yəni “güc evi” deməkdir.

Zorxana yarışları Kristal Zalında 3 gün ərzində keçiriləcək. Birinci gün qrup hərəkətləti, ikinci gün fərdi məharətlər, üçüncü gün isə Pəhləvan güləşləri olacaq”.

Bənzər yazılar

Back to top button