Hadisə

Şuşada traktorçu minaya düşərək yaralanıb

Bu gün Şuşanın Xəlfəli kəndi ərazisində yol tikintisi zamanı mina partlayışı nəticəsində mülki şəxs xəsarət alıb.

Belə ki, 1965-ci ildə anadan olmuş mülki şəxsin idarə etdiyi traktor minaya düşüb. Bu barədə Daxili İşlər Nazirliyinin və Azərbaycan Minatəmizləmə Agentliyinin birgə məlumatında deyilir.

“Hadisə nəticəsində traktorçu yüngül xəsarət alıb. Həyatına təhlükə yoxdur”, – məlumatda qeyd olunur.

Azərbaycan hökumətinin rəsmi məlumatlarına görə, 2020-ci ildə 44 günlük müharibə başa çatdığı vaxtdan bugünkü insidentə qədər Azərbaycanın 314 sakini mina partlayışının və partlamamış döyüş sursatının qurbanı olub, 61 nəfər həlak olub, 253 nəfər yaralanıb.

Bənzər yazılar

Back to top button