Çexiyanın polis rəisi: “Mənim Azərbaycandan olanlara qarşı antipatiyam var”

Çexiyanın polis rəisi: “Mənim Azərbaycandan olanlara qarşı antipatiyam var”

Print Friendly, PDF & Email

Çexiyada Azərbaycandan olan turistlərə qarşı kobud davranırlar. Bu barədə bizimyol.info-ya adının çəkilməsini istəməyən iş adamı məlumat verib. O, turist kimi istirahətə getdiyi Karlovı Varı şəhərində yerli polis tərəfindən saxlanılaraq polis idarəsinə aparılıb: “Mənə dedilər ki, üstünüzdə saxta pul var. Araşdırmalıyıq. Araşdırdılar, təbii ki, saxta pul aşkarlanmadı. Bu müddətdə hansısa otaqda deyil, dəhlizdə 3 saat avtomat silah altında ayaq üstə gözlətdilər. Polis rəisi: “Mənim Azərbaycandan olanlara qarşı antipatiyam var” dedi. Daha sonra sərbəst buraxdılar. Belə hallarla başqa azərbaycanlı turistlərin qarşılaşdığını da eşitmişəm”.

İş adamı deyir ki, başına gələnlərlə bağlı Çexiyanın Azərbaycandakı səfirliyinə və başqa qurumlara da müraciət edəcəyi üçün hələlik adını açıqlamır: “Hər il Karlovı Varı sanatoriyalarına minlərlə azərbaycanlı gedir, Çexiyanın, həmin şəhərin büdcəsinə çox böyük qatqıları var. Ancaq yerli polis və sair qurumlar bizim millətin nümayəndələrinə qarşı aşkar hörmətsizlik edir. Ən çox da saxta pul iddiası ilə saatlarla saxlayaraq qəsdən incidirlər. Bununla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi və Çexiyadakı səfirliyimiz ciddi işləməlidir”.

...