Bizim seçimGündəmHadisəManşetMədəniyyətSiyasət

SOCAR-da başı dəbilqəlı cahillik (FOTO)

Artıq bir neçə gündür ki, içtimayyətdə, eləcə də sosial şəbəkələrdə Bakıda əfsanəvi güney azərbaycanlı müğənni Ququşun konsertinə qadağa qoyulmasına səbəb olmuş Mədəniyyət Nazirliyinin qərarı və Azərbaycanın İrandakı səfirliyinin qeyri-adekvat reaksiyası ətrafında geniş diskussiyalar gedir.
Amma Mədəniyyət Nazirliyinin son bəyanatı yaranmış gərginliyin bir qədər səngiməsinə səbəb olub. Sən demə, Əbülfəz Qarayevin rəhbərlik etdiyi nazirlik konsertlərin təşkilinə müdaxilə etmir və prodüser şirkətlər istənilən xarici məhşurları ölkəmizə dəvət etmək ixtiyarındadı. Təki pul ödəməyə hazır olsunlar.
Lakin diqqət cəkən məsələ Mədəniyyət Nazirliyinin öz uzərindən məsulliyəti atmasi deyil. Bəzən əsas mövzudan kənarda qalan qaynar diskussiyaların iştirakçıları daha çox diqqət çəkir.
Belə ki, şəkildə göründüyü kimi, jurnalist mikrofonları ilə əhatələnmiş (yəqin ki, önəmli persona olduğundan) başı dəbilqəlı cavan adamın sözügedən mövzu barədə bildirdiyi heç də xoş olmayan, nəzakətdən kənar fikirləri ən azından təəccüb yaradır.

«Какая она на фиг легенда? Она в лучшем случае анекдот!», – deyə başı dəbilqəlı Ququş haqqında deyir.
Halbukı Ququş İranın çağdaş və şah dövrlərinin simvolu, İran mühacirətinin əfsanəvi şəxsiyyətidir. İran estradasının korifeyini lətifə adlandıran “cəsur” adam kimdir? İsmayıl Əhmədov, pardon – İbrahim Əhmədov. Nə isə, fərqi yoxdu. Bu ad Azərbaycan tarixi üçün heç bir əhəmiyyət kəsb eləmir. Yəqin ki, Biləcəridən kənarda bu adı eşidən olmayıb.
Biz onun Facebook-dakı səhifəsinə nəzər yetirdik. Sən demə, İsmayıl Əhmədov, pardon – İbrahim Əhmədov SOCAR-ın piar məsələrinə cavabdehdir. Vay! Deməli, məhz bu səbəbdən başı dəbilqəlı, insan sifətli şəxs jurnalist mikrofonlarının əhatəsindədi.
Məhz bu yeni peyda olmuş “makedonski”, bütün dünayada tanınmış İran müğənnisi və aktrisası Faiqə Atəşini (Ququş) “lətifə” adlandırıb!
Məhz bu “qorxulu” nağılların əcaib qəhramanı SOCAR-ın piar məsələlərinə cavabdehdir? İndi aydın oldu ki, SOCAR-ın İçtimaiyyətlə əlaqə fəaliyyəti və mətbuat xidmətinin işi niyə acınacaqlı haldadı.
Qərb qəzetlərı və görkəmli dünya jurnalistlərinin SOCAR barədə yazdıqları ürəkacmayan şərhlərə nəzər salmaq yetərlidir. Söhbət Biləcəridən kənarda dərc olunan KİV-lərdən gedir.
Sən demə, İbrahim Mehdiyev, pardon – İbrahim Əhmədov, media-imperiyası yaradib! SOCAR-media. Bu barədə onun Facebook-dakı səhifəsindən öyrəndik.
Təsəvvür edin ki, 25 il jurnalistikada olasan, amma meqa-media-imperiya barədə bu zamana qədər heç nə eşitməyəsən! Sirr deyil ki, SOCAR şirkəti qeyri-şəffaf fəaliyyət aparır. SOCAR-ın media-imperiyası da, gördüyümüz kimi, qeyri-şəffaflığı ilə fərqlənir, odur ki, onun barəsində heç Biləcəridə eşidən-bilən yoxdu.
Təəssüf ki, Azərbaycanda vəzifə kürsülərində Ququş kimi dünya məhşurlarını tanımayan cahil, başı dəbilqəlı adamlar da əyləşir.
Həyatımızın lətifəsi bu deyilmi?
 
Yusif  Əliyev
Haqqin.az

Bənzər yazılar

Back to top button