Digər

Siyasi mühacirlər Almaniyada aksiya keçirdi (FOTO)

Bu gün Demokratiya naminə Vətəndaş Təşəbbüsləri İçtimai Birliyinin təşəbbüsu ilə siyasi mühacirlər BMT-nin Almaniyaniyadakı ofisi qarşısında siyasi məhbuslara azadlıq tələbi ilə mitinq keçiriblər.

Təşkilatın sədri Sevinc İsgəndərova AzToday.az-a açıqlamasında bildirib ki, kütləvi aksiyanın məqsədi Azərbaycanımızı, onun inkişafı və müstəqilliyi üçün əziyyət çəkən insanları, daha doğrusu siyasi məhbusları müdafiə etməkdir.

Onun sözlərinə görə, kütləvi aksiyada siyasi fəal soydaşlarıımız iştirak edib. Sevinc İsgəndərova aksiyada etdiyi çıxışında tədbirdə iştirak edən hamıya təşəkkür etməklə yanaşı, aksiyaların davamlı olacağını bildirib:

“Bu gün ki, tədbirimizin məqsədi günü-gündən geriyə gedən Azərbaycanımızı, onun inkişafı və müstəqiliyi üçün əziyyət çəkən və hakimiyyətin zindanlarında yatan siyasi məhbusları müdafiə etməkdir. Əslində bu tədbirdə hər kəs sərbəst öz fikrini və həmrəyliyini nümayiş etdirə bilər. Məqsədimiz həm də bu aksiyaların intensivliyini artirmaq, siyasi gündəmdə saxlamaq və Azərbaycanda baş verən represiyyaları beynəlxalq aləmə təqdim etməkdir. Bu gün biz BMT-nin Almaniyadaki ofisinin qarşında tədbir keçirməklə, bu qurumların əsas vəzifəsi olan insan hüquq və azadlıqlarının qorunmasını xatırlatmaq, mövzunu gündəmdə saxlamaq, beynəlxalq təşkilatların diqqətini Azərbaycandakı baş verən qanunsuzluqlara yönəltməkdir. Heç kimə sirr deyil ki, hakimiyyət ölkədəki iqtisadi sosial vəziyyəti yaxsılaşdırmaq, sosial naraziliqları azaldıb insanlara yaxşı yaşamasını təmin etmək əvəzinə, müxalif düşüncəni ancaq həbslərlə və təzyiqlərlə siradan çixarmaq istəyir. Bəzi insanlar bu cür aksiyalara adi baxır. Amma bu cür tədbirlər hər gün Avropanın və ya başqa demorkatik ölkələrdə keçirilərsə, bunun müsbət təsirləri mütləq olacaq. Avropada aktivliyi artırmaq və etirazları çoxaltmaq lazimdir. Hakimiyyətin yaxinlarımza nə qədər təyziqlər və təpkilər göstərməsindən asılı olmayaraq, bu davam eləməldir. Mən Amerikada, Kanadada, Avropada və digər demorkatik ölkələrdə olan həmyerlilərimizə səslənirəm. Etirazları davamlı etmək lazimdir. Biz bu məsələni belə gündəmdə saxlamaqla, problemin ciddiliyini beynəlxalq aləmə çatdirmaliyiq. Həm də Azərbaycandakı əqidədaşlarımız və zindanda yatan siyasi məhbuslar hiss etməlidir ki, onlar tək deyil. Ölkədəki siyasi mübarizəyə sözün bütün mənalarında dəstək vermək lazimdir. Həm maddi, həmd ə mənəvi dəstək vermək lazimdir. Azərbaycanda siyasi və ictimai vəziyyət yaxşilaşana qədər, bu aksiyalar davam etdirilməli və mübarizə davam etməldir. Bir neçə gün öncə Turan İnfrmasiya agnetliyinin rəhbəri Mehman Əliyev həbs edildi, ondan öncə Əziz Orucov, Mehman Hüsuynov, Əfqan Muxtarlı… Aqressivlik və hakimiyyətin qəddarlığı davam edir.

Artıq Azərbaycanda müstəqil media deyilən bir şey qalmayib, bütün danişan və təsir imkani olan mexanizmləri hakimiyyət siradan çıxarıb. Bütün təzyiqlər və məhrumiyyətlərə baxmayraq, mübarizə davam etməlidir. Biz bu yolda həmrəy və bir yerdə olmaliyıq”.

Bənzər yazılar

Back to top button