İdman

“Barselona”ya böyük entuziazm və sevinclə gəlmişəm”

“Barselona” ilə müqavilə bağladığı bu gün rəsmən açıqlanan İnyiqo Martines azad agent qismində İspaniya nəhənginə qoşulmasını şərh edib.

Fanat.az xəbər verir ki, Kataloniya klubunun rəsmi saytı onun dediklərini belə çatdırıb:

“Belə kluba keçmək mənim üçün çox şey deməkdir. Buraya böyük entuziazm və sevinclə gəlmişəm. Bu kluba hər şey vermək istəyirəm. Nəhayət ki, karyeramda sıçrayış oldu və artıq “Barselona”nın futbolçusuyam. “Barsa”da oynamaq istənilən futbolçunun arzusudur. Bütün mümkün titulları qazanmaq istəyirəm. Ancaq bilirik ki, bu, çətin missiyadır. Komanda ötənmövsümkü kimi görünsə, biz xoş təsir bağışlasaq, nəticə də olacaq”.

Qeyd edək ki, İspaniya millisində 20 oyun keçirən 32 yaşlı Martinesin son klubu Bilbao “Atletik”i olub. Onun “basklar”la müqaviləsinin müddəti iyunun 30-da başa çatıb.

Bənzər yazılar

Back to top button