İcra başçısı Çıraqqalaya gedən yolu zəbt edib – Video

Print Friendly, PDF & Email

Şabran rayon ərazisində yerləşən Çıraqqala qalasına gedən yol zəbt olunub

Bu barədə “Qanun” nəşriyyatının sahibi, tanınmış naşir Şahbaz Xuduoğlu özünün “Instagram” səhifəsində məlumat verib.
Image result for şahbaz Xuduoğlu
Şahbaz Xuduoğlu bildirib ki, “Qalaaltı” oteli Qalaaltıdakı mineral su bulağına vəı Çıraqqala qalasına aparan yolu zəbt edib, bulağı isə mənimsəyib:
“Hazırda Qalaaltı otelinin qarşısındayam. Bildiyiniz kimi otel təzə istifadəyə verilib. Amma bundan öncə burada böyük bir yol var idi, bu yol bizi Qalaaltıdakı mineral suyu olan bulağa aparırdı. Sonra bulağın yanından da davam edib bizi Çıraqqalaya çıxarırdı. Təəssüflər olsun ki, bu gün bu oteli düz o yolun üstündə tikiblər, bulağı da mənimsəyiblər. Gələn camaata da icazə vermirlər ki, içəri girsinlər, deyirlər bağlıdır. Bulağın suyunu içmək istəyənləri də kənarlaşdırırlar, deyirlər ki, dərə aşağı gedin, orada su tökülür, o sudan için. Mən anlamıram ki, hansı yekəxana bu oteli yolun üstündə tikə bilər? Bu yol xalqın yoludur, bu su xalqın suyudur, yeraltı sərvətdir, xalqa məxsusdur”.
 Image result for Çıraqqalaya
Qeyd edək ki, Çıraqqala Siyəzən rayon mərkəzinin 20-25 kilometrliyində, Bakı şəhərindən 150 km aralı Çaraq kəndi ərazisində yerləşən Çaraqqaya adlı sıldırım qayanın zirvəsində 1232 metr hündürlükdə yerləşən müdafiə qalasıdır. Heydər Əliyevin 23 iyun 2003-cü il tarixli 1262 nömrəli sərəncamı ilə “Çıraqqala” tarixi kompleksi tarixi qoruq elan edilib və onun qorunması və bərpası üçün əlaqədar təşkilatlara mühüm tapşırıqlar verilib.
Qlobal.az xatırladır ki, Şabran rayonunda yerləşən məşhur Qalaaltı istirahət kompleksinin və rayondakı dəvə fermalarının Şabran RİH-nin başçısı Novruz Novruzova məxsus olması barədə ölkə mediasında dəfələrlə xəbərlər dərc olunub. Ancaq yayılan xəbərləri nə Şabran RİH-i, nə də, rayonun icra başçısı Novruz Novruzov təkzib etməyib.
Qeyd edək ki, Novruz Novruzovun sahib olduğu mülklər təkcə Qalaaltı restoranı ilə yekunlaşmır. Onun Sumqayıtda da bir sıra obyektlərinin və şadlıq evlərinin olduğu iddia olunur.
...