GündəmSiyasət

“Qulaqburma” verən deputat “vuruldu” – Milli Məclisdə maraqlı dəyişiklik

Milli Məclisin İntizam Komissiyasının sədri dəyişdirilib. Parlamentdən verilən məlumata görə, Ağacan Abiyev İntizam Komissiyasının sədri vəzifəsindən çıxarılıb

İntizam Komissiyasının sədri vəzifəsinə deputat Siyavuş Novruzov təyin edilib. S.Novruzov həm də Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədridir.

Maraqlıdır ki, Ağacan Əbiyev Unikal.org-a açıqlamasında bu qərardan xəbərsiz olduğunu bildirib: “Ola bilməz. Mən “komandirovka”dan təzə qayıtmışam. Maraqlanaram görüm nə məsələdir”.

Qeyd edək ki, A.Əbiyevin bir müddət əvvəl deputat həmkarı Astan Şahverdiyevlə bağlı bir açıqlaması cəmiyyətdə ciddi rezonans doğurmuşdu. Onun “Astan Şahverdiyevə yenə qulaqburması veriləcək” tipli açıqlaması səlahiyyətlərini aşması, qeyri-etik ifadə işlətməklə, özünün intizamı pozması kimi qiymətləndirilmişdi. A.Əbiyevin sədrlikdən uzaqlaşdırılması bu məsələ ilə bağlı ola bilərmi?

Deputat müvafiq suala sərt reaksiya verib: “Astan Şahverdiyev kimdi ki, ona görə məni komissiyadan uzaqlaşdırsınlar?”.

Bənzər yazılar

Back to top button