Bizim seçimHadisəManşetSiyasət

Əfv komissiyası Prezidenti aldatdı: Qatillər azadlığa buraxılır

Prezident İlham Əliyevin imzaladığı sonuncu əfv sərəncamı da geniş müzakirələrə səbəb olub.

AzToday.az xəbər verir ki, əfv sərəncamı ümumilikdə 423 nəfərə şamil olunub. Onlardan 412 nəfəri yaxın günlərdə azadlığa buraxılacaq.

Əfv sərəncamı ilə həbsdən azad ediləcək şəxslərdən biri də Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sədr müavini olmuş Mübariz Mədətovun oğlu Xalid Mədətovdur. Hansı ki, Xalid Mədətov 3 il əvvəl sərxoş vəziyyətdə “Gelandevagen” markalı avtomobili ilə qəza törətmiş, nəticədə tarzən Ağasəlim Abdullayevin həyat yoldaşı və nəvəsi ölmüşdü.

Ona Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il həbs cəzası verilmişdi. Bu da deməkdir ki, Xalid Mədətov cəzasının 3 ilini çəkdikdən sonra azadlığa çıxır.

Hüquq müdafiəçisi Oktay Gülalıyev “Facebook”da yazdığı statusda sərəncamı kəskin tənqid edərək məlumat yayıb ki,
azadlığa çıxacaq 412 nəfər məhbusun 240 nəfərdən çoxu Bakıda və regionlarda yerləşən Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ağır cinayət törətməkdə suçlu bilinərək adekvat cəzaya məruz qalıblar:

“Bu insanlar adam öldürməkdən tutmuş, adam oğurluğuna, dövlətçiliyə xəyanatə qədər ən ağır cinayət törətətdikləri sübuta yetirilərək azadlıqdan məhrum ediliblər”.

İsa Əliyev

AzToday.az

Bənzər yazılar

Back to top button