İdman

Ərəblər daha bir məşhur Avropa klubunu alır – 365 milyon dollar

Uzun müddətdi satılacağı deyilən “Nyukasl”ın yeni sahibi müəyyənləşmək üzrədi.

Fanat.Az xəbər verir ki, Səudiyyə Ərəbistanından olan iş adamı Yasir Əl-Rumayyanın İngiltərənin Premyer Liqa klubunu almağa hazırlaşdığı bildirilir. Satışın qısa müddətdə tamamlanması gözlənilir.

“Forbes”in məlumatına görə, klubun səhmlərinin 80-ni hazırkı sahibi Mayk Eşlidən alacağı deyilən Əl-Rumayyan bunun üçün 365 milyon dollar ödəyəcək. Xəbərdə həmçinin bildirilir ki, satış tamamdan sonra ərəb iş adamı klubun prezidenti olacaq.

“Forbes”in ən dəyərli klublar siyahısında 318 milyon dollarla 20-ci pillədə yer alan “Nyukasl” uzun müddətdi uğursuz çıxış edir və Premyer Liqada qalmağa çalışır.

Yasir Əl-Rumayyanın klubu aldıqdan sonra köklü dəyişiklər edəcəyi, baş məşqçi postuna məşhur mütəxəssislərdən birini gətirəcəyi deyilir. Bu posta ən real namizədin Massimiliano Alleqri olduğu bildirilir. 2018/19 mövsümünün sonunda “Yuventus”dan ayrılan italyan mütəxəssis o vaxtdan heç bir klubu çalışdırmayıb.

Qeyd edək ki, bundan əvvəl amerikalı veteran boksçu Floyd Meyvezerin də “Nyukasl”ı satın almaq istədiyi bildirilirdi. Hətta Meyvezer özü də açıqlamasında bunu təsdiqləmişdi.

Bənzər yazılar

Back to top button