Dünya

Ermənistanda koronavirusdan daha 18 nəfər öldü

Koronavirusa yoluxanların sayı 35 mini ötdü

AzToday.az “aysor.am” saytına istinadən xəbər verir ki, Ermənistan Səhiyyə Nazirlyinin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəzindən verilən məlumata görə, Ermənistanda 21 iyul tarixinə səhərə olan rəsmi statistikaya əsasən, ölkədə koronavirusa yoluxanların sayı 35254 nəfərə çatıb.

Mərkəzdən verilən məlumata görə, son 1 sutkada daha 273 nəfərdə koronavirusa yoluxma qeydə alınıb, 18 nəfər ölüb. Ölənlərin ümumi sayı isə 877 nəfərə çatıb.

Bənzər yazılar

Back to top button