GündəmHadisə

Dəmiryolçular 2 aydır maaş ala bilmir – Açıqlama

Maliyyə böhranının ən çox təsir etdiyi sahələrdən biri “Azərbaycan Dəmir Yolları” QSC olub

Böhrandan sonra idarədə kütləvi ixtisarlar aparılıb, “Azərbaycan Dəmir Yolları”nın balansındakı 10 xəstəxana və tibb müəsissəsi bağlanıb.

Böhran Cavid Qurbanovun başçılıq etdiyi qurumda maaşların verilməsinə də təsir edib. “Qaynarinfo”ya verilən məlumata görə, maaşların verilməsi ilə bağlı tez-tez problemlər yaranır. Hətta son iki ayda işçilər əməkhaqqlarını ala bilmir. Hər dəfə soruşanda pulların tezliklə köçürüləcəyi bildirilsə də, iki aydır işçilərin gözü yolda qalıb.

Xəbəri dəqiqləşdirmək üçün “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Sevinc Qədirova ilə əlaqə saxladıq. Qurum rəsmisi heç bir problemin olmadığını bildirdi:

“Maaşlar kartlara vaxtlı vaxtında köçürülür. Heç bir problem yoxdur. 3-5 gün geçikmə ola bilər. Bu da normal haldır, hər yerdə belədir”.

Bənzər yazılar

Back to top button