Roma Papasını kim yaraladı? – VİDEO, FOTO

Print Friendly, PDF & Email

Dünya katoliklərinin dini lideri, Roma Papası 1-ci Fransisk Kolumbiyanın Kartahena şəhərində olarkən yaralanıb.

Milli.Az El Mundo-ya istinadən bildirir ki, 80 yaşlı pontifik Kolumbiyaya apostol səfərinin son günündə Kartahenaya yollanıb. Vatikanın mətbuat katibi Qreq Brukun dediyinə görə, minlərlə dindar Papanın avtomobil karvanının hərəkət etdiyi yolu kəsərək pontifikdən xeyir-dua almaq istəyiblər.

Papanın olduğu “papamobil” qəflətən dayanmalı olub və bu zaman 1-ci Fransisk müvazinətini itirib, üzü avtomobilin şüşəsinə dəyib. Nəticədə Papanın sol qaşının üzərində çapıq yaranıb.

Avtomobildən düşməyən Papa üzündəki qanı silib və sürücüyə hərəkəti davam etdirməyi tapşırıb.

1-ci Fransisk dünən Vatikana qayıdıb.

...